Gündəm
Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi
Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib. Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
İlham Əliyev Bolqarıstanın sabiq prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevneliyevi qəbul edib.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 28-də beşinci dəfə keçiriləcək. Nazirlikdən bildirilib ki, sentyabrın 30-dək Bakı İdman Sarayında keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Sərgi-yarmarkanın son günü iştirakçılar (müəssisələr) arasından seçilmiş qaliblərə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” mükafatları təqdim olunur.Cari ildə sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir.
Özünüməşğulluq proqramı ailə təsərrüfatlarının inkişafına töhvə verir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə aktivlərlə (mal və materiallarla) təmin edilmiş vətəndaşların hər biri bu aktivlər hesabına biznes-planlarını tələb olunan səviyyədə reallaşdırmağa, ailə təsərrüfatlarını qurmağa nail olublar. Bu sahədə əldə olunan müsbət nəticələr proqramın gözlənilən səviyyədə özünü doğrultduğunu deməyə əsas verir.
Rusiya ilə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Firudin Qurbanov Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Türkiyənin beynəlxalq müstəvidə rolu daha da güclənəcək
Türkiyənin prezident idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum başa çatıb. Məlumata görə, seçicilərin 51,41 faizi Konstitusiyadadəyişikliyə "Hə" deyib.
"Real" - "Bavariya" matçını yayımlayacaq kanallar
Bu gün futbol meydanlarında bir sıra qarşılaşmalar keçiriləcək.
ABŞ Şimali Koreyaya doğru daha iki təyyarədaşıyan göndərdi, nüvə müharibəsi yetişir
Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin komandanlığı Şimali Koreya sahillərinə daha iki təyyarədaşıyan zərbə qruplaşması göndərir. Bu barədə Cənubi Koreyanın rəsmi "Yonhap" agentliyi hökumət qaynaqlarına istinadən məlumat yayıb. Məlumata görə bu günlərdə Şimali Koreya sahillərinə doğru istiqamət alan "Karl Vinson" təyyarədaşıyanı aprelin 15-də Yapon dənizinin sularına daxil olacaq.
Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının əşyaları və əynindəki gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
Türkiyənin mövqeyi qətiləşəcək
Türkiyədə baş tutmuş referendumdan sonra, ölkənin xarici siyasəti, xüsusi ilə bu ölkənin ətrafında gedən müharibə və geosiyasi proseslərdə mövqeyi qətiləşəcək. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu referendumdan sonra, Şimali İraqda Kürd yönətiminin müstəqillik arzusuna imkan verilməyəcək: “Suriya məsələsində, ABŞ- Türkiyə əlaqlərində ortaq məxrəcin formalaşması, ABŞ-ın YPG-yə dəstəyin çəkilməsi ilə baş verə biləcək.
“Atlet-24” gəmisinin təmiri yekunlaşır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmiri yekunlaşır. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.
123 saylı avtobusun hərəkət istiqaməti dəyişdirildi
Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdirilir. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.
Deputat: "Məktəblilərin sağlam yetişməsi üçün mütəxəssislərə ehtiyac var"
"Gələcək nəslin sağlam yetişməsi onun sağlam böyüməsindən asılıdır. Təhsil Nazirliyi tərəfindən bu hədəfə çatmaq üçün mühüm layihələr həyata keçirilir". Bunu Milli Məclisin elm və təhsil komitəsinin sədr müavinu Bəxtiyar Əliyev "Sağlam Təhsil-Sağlam Millət" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışı zamanı deyib. Sağlam cəmiyyətin yaradılmasının vacibliyini qeyd edən depuat söyləyib ki, dövlət üçün ən böyük dəyər insanların rifah halının yaxşılaşdırılması və sağlam olmasıdır: "Sağlam cəmiyyətin formalaşması məktəbdən başlamalıdır. Bu baxımdan məktəblilərin sağlamlığı ilə bağlı layihələr davamlı olmalıdır".
Müxalifət partiyalarındakı istefaların hər biri eyni mövqeni əks edririr siyasi rakurs
Artıq kifayət qədər bəllidir ki, özlərini “ana müxaifət” kimi zorla ictimai rəyə sırımağa cəhd göstərən AXCP və Müsavat partiyaları tutduqları radikallıq, dağıdıcılıq, xəyanətkar mövqelərindən geri çəkilmədikcə zaman-zaman öz tərəfdarlarını da itirirlər. Məsələn, buna misal kimi, Müsavatın bir neçə il öncə kelirdiyi saxta qurultayının ardınca baş verən istefaları göstərmək mümkündür. Məhz həmin ərəfələrdə canlarını partiyaya xidmətdə qoyan bir çox tanınmış müsavatçılar, özü də təşkilatda vəzifə tutan şəxslər kütləvi şəkildə istefa verdilər. Sabq başqanın müşaviri Yeganə Hacıyevanın və s. müsavatçı səlahiyyətlilərin bəyanatları da məhz bunu ehtiva edirdi. Misal üçün, Y.Hacıyeva bəyanatında siyasi hadisələri analiz etdiyini və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldığını bildirmişdi. O, partiya rəhbərliyini öz maraqları naminə ölkənin və xalqın maraqlarını tapdaladıqlarını iddia etmişdi. Sözügedən qalmaqallı bəyanatı bir daha xatırlayaq: “Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır”.
Millət vəkili: “Türkiyə gələcəkdə daha güclü ölkəyə çevriləcək”
“Türkiyədə referendum çox yüksək səviyyədə keçirildi. Ümumiyyətlə səsvermə prosesi çox şəffaf şəkildə təşkil olunmuşdu. Bizim həmkarlarımız da səsvermədə beynəlxalq müşahidəçilərin tərkibində müşahidə apardılar və onlar şəxsən səsvermənin birbaşa canlı izləyiciləri olaraq çox yüksək təəssüratlarını bölüşürlər”. Bunu millət vəkili Azər Badamov deyib.














