Gündəm

“Dərs” “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalında

18 Aprel 2017 13:08

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, 17-21 aprel tarixlərində Samarada keçirilən festivalda filmin quruluşçu rejissoru Rafiq Əliyev iştirak edir.

“Qaradağ” yatağında yeni quyular qazılır

18 Aprel 2017 13:06

Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Qaradağ” yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3200 metr, Qirməki Altı Lay Dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3600 metrdir. Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.

Maliyyə Monitorinqi Xidməti bir nəfərin adını "terrorçuların siyahı"sından çıxarıb

18 Aprel 2017 12:52

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin aprelin 8-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

"Formula-1" Azərbaycan Qran Prisi ilə bağlı təcili hallarda tibbi yardım planı hazırlanıb

18 Aprel 2017 12:50

"Formula-1 Azərbaycan Qran Prisi ilə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) reanimasiya və anesteziologiya şöbəsinin nəzdində yaradılmış, xüsusi şəraitə malik iki nəfərlik yanıq palatası tam işlək vəziyyətdədir”.

Malena Mard: “Aİ-Azərbaycan biznes forumuna hazırlıq gedir”

18 Aprel 2017 12:48

“Avropa İttifaqı-Azərbaycan biznes forumuna hazırlıq gedir”. Bunu Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Rusiyada qəza nəticəsində 40 nəfər xəsarət alıb

18 Aprel 2017 12:45

Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb. Hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib. 

Mard: "Azərbaycanla danışıqları səbirsizliklə gözləyirik"

18 Aprel 2017 12:43

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayır.

Deputat: “Aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir”

18 Aprel 2017 12:41

“Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığı ilə 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası Azərbaycanda müasir infrastruktur formalaşdırıb, özəl sektorun inkişafı üçün optimal şərait yaradıb”. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı”

18 Aprel 2017 12:38

18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir. İdarənin mətbuat xidmətindən bildirilib ki, aprelin 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər. Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Banklar Assosiasiyasının Ekspert Qrupları mükafatlandırılıb

18 Aprel 2017 12:36

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildə aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər.

“İkinci Pərdə”- ə  çəkilir

18 Aprel 2017 12:36

"İkinci Pərdə" adlanan tammetrajlı filmin  çəkilişlərinə start verilib. Filmin quruluşçu rejissoru daha əvvəl “Pərdə” filmi ilə diqqət mərkəzində olan Emil Quliyevdir. “İkinci Pərdə”nin ssenari müəllifi Emil Quliyev və Pərviz Həsənov, operator Dimitri Suvorov, quruluş və geyim üzrə rəssam  Şahin Həsənli, cast director Zaur Şəfiyevdi. Filmin prodüser isə Orxan Mərdandır.

Daha bir küçə əsaslı şəkildə yenidən qurulur

18 Aprel 2017 12:35

Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib.

Azərbaycanda şagirdlərin ən çox yoluxduğu xəstəliklər

18 Aprel 2017 12:31

Azərbaycan məktəblərində şagirdlərin ən çox əziyyət çəkdiyi bir neçə xəstəlik var. Bunun da qarşısı profilaktik tədbirlər vasitəsilə alına bilər. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, Təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu deyib.

Hurriyet: "Aprel döyüşləri ön cəbhədə Azərbaycanın mövqeyini yaxşılaşdırdı"

18 Aprel 2017 12:30

2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı.

"Sarkisyanın təhrikedici ritorikası Vaşinqtonda narahatlıq doğurur"

18 Aprel 2017 12:28

Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır. Bu barədə ABŞ-da işıq üzü görən "Washington Times" nəşrində dərc olunmuş məqalədə deyilir.