Gündəm
Daha bir bank bağlandı
Atabank” və “Caspian Development (CDB) Bank” ASC-lərin səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən, “CDB”-nin yenidən təşkilatlanma şəklində ləğv edilərək “Atabank”a qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib
Azay Quliyev: “Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir…”
"Bəzən qeyri-hökumət təşkilatları adı altında radikal birləşmələr maliyyələşdirilir, terrorçuluğa dəstək həyata keçirilir”. Bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfransda çıxışı zamanı deyib.
“Şərq bazarı” ətrafındakı mübahisələr bitmir
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”ındakı 66 dükanın sökülməsi təhlükəsi yenidən gündəmə gəlib. 66 sahibkar Rəşid Babayev və onun məmur havadarlarının etdiyi qanunsuzluqlar və özbaşınalıqlar səbəbindən elan olunmamış “müharibə” şəraitində fəaliyyət göstərməyə məcburdurlar.
Bələdiyyə turizminin inkişafı və perspektivləri
Yerli özünü idarəetmə orqanlarının çəkdikləri maliyyə sıxıntılarının kökündə bələdiyyələrin davamlı maliyyəsinin və iqtisadi əsaslarının tam formalaşmadığı səbəbi durmaqdadır. Təəssüf ki, hələ də əksər bələdiyyələrin büdcə gəlirləri torpaq alqı-satqısı və vergilər əsasında formalaşır və yaxud bir çox bələdiyyə nümayəndələri tərəfindən bələdiyyə orqanlarının inkişafının yalnız torpaq alqı-satqısı əsasında mümkün olacağı düşünülür. Halbuki iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edən yerli özünü idarəetmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramları və layihələrin həyata keçirilməsi kimi geniş resurs və imkanlara malikdirlər.
5 Qadın – 5 mustanq
Musiqili Teatr IV İslam Həmrəyliyi Oyunlarına hazırdır
Musiqili Teatrı may ayında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı İslamiada ilə əlaqədar xüsusi tədbirlər planı hazırlayıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar danışarkən Musiqili Teatrın gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. “May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-na kimi demək olar ki, hər gün 2 tamaşa tamaşaçılara – qonaqlara, turistlərə, yarış iştirakçılarına təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. - deyə Əliqismət Lalayev bildirib.
Kremldən Şimali Koreya XƏBƏRDARLIĞI: Fitnəkar hərəkətlərdən...
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı xəbərdarlıq edib. Dimitri Peskov çıxışında Rusiyanın mövqeyinin açıq-aşkar bəlli olduğunu deyib: "Biz bütün ölkələri hazırki vəziyyətlə əlaqədar təmkinli olmağa çağırırıq. Rusiya Şimali Koreya probleminin nizama salınması istiqamətində ölkələri heç bir yanlış hərəkətə yol vermədən beynəlxalq səviyyədə həll olunmasına dəvət edir".
Myanmada su festivalı zamanı 300-ə yaxın insan ölüb
Myanmada su festivalı zamanı 285 nəfər ölüb. Yeni il bayramı olan su festivalı zamanı ölkə ərazisində müxtəlif hadisələr nəticəsində həmçinin mindən çox insan xəsarət alıb.
MTRŞ sədri: Qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək
Bakıda çoxmərtəbəli yaşayış binalarında qanunsuz kabel televiziyası yayımı ilə məşğul olan şəxslərlə bağlı lazımi tədbirlər görülür. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı ciddi tədbirlər görüləcək: “Bilirsiniz ki, “Kabel televiziyaları haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunub və həmin qanun qəbul olunduqdan sonra qanunsuz kabel televiziyaları ilə bağlı tədbirlər sərtləşdiriləcək”.
Müsəlman telekanalı yaratmaq planlaşdırılır
Tatarıstanda federal səviyyəli müsəlman telekanalı yaratmaq planlaşdırılır. Bunu Tatarıstan müftisi Kamil Samiqullin deyib.
Erməni generalının KTMT-yə baş katib seçilməsinə Ermənistandan etiraz
Erməni generalı Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyinə seçilməsi Ermənistanın ictimai-siyasi arenasında birmənalı qarşılanmayıb və bununla bağlı etirazlar da yaranıb. Hətta bununla bağlı ölkə mətbuatında ilginc fikirlər səsləndirilir, o cümlədən, Xaçaturovun təyinatı istiqamətində Moskvanın Bakı ilə razılaşdığı da iddia olunur. Onu da qeyd edək ki, erməni generalı erməni ictimai-siyasi dairələrində təslimçi general kimi də adlandırılır. Buna səbəb onun dördgünlük aprel müharibəsi zamanı Azərbaycan Ordusunun azad etdiyi ərazilərin ardınca, atəşkəsə imza atdığı bildirilir.
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Aprelin 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Köpəkbalığı 17 yaşlı qızı parçaladı
17 yaşlı Letisiya Brauer okean sahilində, çimərliyin yaxınlığında sörfinqlə məşğul olanda köpəkbalığı ona hücum çəkərək parçalayıb.
Ermənistanda qadın deputatlar bir-birilərini "qırır"
Ermənistanın hakim Respublika partiyasında beşinci çağırışda "seçilən" qadın deputatlarKarine Acemyan, Ruzanna Muradyan və Marqarit Yesayan arasında münasibətlər gərginləşib.
XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq
10-13 iyul tarixlərində Bakıda keçiriləcək Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) XXIII Dünya Tibbi Hüquq Konqresinə hazırlıq məqsədi ilə AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Yerli Elmi Komitənin növbəti iclası keçirilib.














