Gündəm

Bakı taksilərində vahid tariflər tətbiq olunacaq

18 Aprel 2017 14:59

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə müraciət edib. Bunu müsahibəsində BNA-nın baş direktoru Vüsal Kərimli bildirib.

Ciddi qayda pozuntusuna yol verən avtobus sürücülərinin adı "qara siyahı"ya salınacaq 

18 Aprel 2017 14:58

"Sürücüyə arzuolunmaz sosial təbəqənin nümayəndəsi kimi baxdıqda, sürücü də biz istədiyimiz kimi olmur. Sürücü canlı bir orqanizmin çox vacib elementi, vəzifəsi isə vacib vəzifədir. Əgər biz idarə etdiyimiz avtomobildə yalnız özümüzə və qəza törətdiyimiz obyektə cavabdehiksə, avtobus sürücüsü yalnız özünə deyil, təxminən 60 ailənin həyatına cavabdehdir. Buna görə, sürücülərə qarşı insanlarımız bir az səbirli olmalıdırlar, bir insana nə qədər müsbət yanaşsan, qarşılıqlı addım da müsbət olar". Bunu  müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.

Deputat: "Azərbaycan ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirir"

18 Aprel 2017 14:56

Azərbaycan iqtisadiyyatında ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirilir. Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, bu məsələ dövlətin, ilk növbədə, Prezident İlham Əliyevin diqqətindədir: "Bu gün Prezidentin iştirakı ilə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bu qəbildən olan bütün məsələlər kompleks şəkildə nəzərdən keçirildi. Dövlət başçısı və iştirakçıların bir qrupunun çıxışları göstərdi ki, Azərbaycan bu istiqamətdə düzgün yol götürüb. Artıq "Made in Azerbaijan" brendi xaricdə tanınmağa başlayıb, Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı məhsullarına xaricdə böyük maraq var".

Britaniyada növbədənkənar seçki keçiriləcək

18 Aprel 2017 14:54

Böyük Britaniyada iyunun 8-də növbədənkənar  parlament seçkiləri keçiriləcək.  Bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey deyib. “Mən bu dəqiqə Nazirlər Kabinetinin iclasını keçirdim.

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

18 Aprel 2017 14:52

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Şübhəli şəxslər səhər saatlarında Marseldə şəhərində tutulub. 

“MTN işi”ndə vəkillər növbəti dəfə jurnalistlərə açıqlama verməkdən imtina ediblər

18 Aprel 2017 14:50

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi”

18 Aprel 2017 14:32

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyası işıq üzü görüb.

Akif Əlizadə dissertasiya mövzusu ilə tanış olub

18 Aprel 2017 14:31

Aprelin 18-də AMEA – nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələrinin doktorantları ilə görüşüb. Akademiyadan “Olaylar” – ma bildirilib ki, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib. Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Dolların məzənnəsində dəyişiklik ola bilər

18 Aprel 2017 14:30

Dolların məzənnəsinin dəyişməsi müşahidə edilir. Bunu deyən  iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi bankın depozit hərracları manat bazasını qısamüddətli olsa belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir: “Yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə alsaq, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb.

Goran-Mingəçevir mənzilində 3,6 km dəmir yolu əsaslı təmir olunur

18 Aprel 2017 14:29

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, aprelin 18-dən Goran-Mingəçevir mənzilində 3,6 km dəmir yolunun əsaslı təmirinə start verilib.

Müəllim və valideynlərin müraciətləri dinləniləcək

18 Aprel 2017 14:27

Aprelin 21-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qalib QHT-lərin adları məlum oldu

18 Aprel 2017 14:25

Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri bəlli olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, müsabiqə Komissiyasına təqdim olunmuş 56 tədbir layihəsi təhlil edilərək 7 QHT-nin təqdim etdiyi layihənin maliyyələşdirilməsinə qərar verilib.

37 min manata görə 37 il həbs

18 Aprel 2017 14:18

Dələduzluqda və oğurluqda təqsirləndirilən mütəşəkkil dəstə üzvləri - Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə başa çatıb. 

Anti-siqaret kampaniyasına məmurlardan başlamaq lazımdır

18 Aprel 2017 14:15

"Ölkə prezidenti cənab İlham Əliyev Yevlaxdakı müşavirədə çox maraqlı bir mövzuya toxundu. Təqribən belə dedi k, mən özüm siqaret çəkmirəm və kimsəyə də siqaret çəkməyi tövsiyə etmirəm. Bu çox pis vərdişdir. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq!”. “Olaylar” xəbər verir ki, bunu deputat Fazil Mustafa bildirib.

Şirniyyat qutusunda siqaret keçirmək istədi

18 Aprel 2017 14:13

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-ray” markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan 2 ədəd “Choco pie” markalı şirniyyat qutusunun və 1 ədəd “Yadra” markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.