Akif Əlizadə dissertasiya mövzusu ilə tanış olub

Aprelin 18-də AMEA – nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələrinin doktorantları ilə görüşüb. Akademiyadan “Olaylar” – ma bildirilib ki, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib. Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Aprelin 18-də AMEA - nın prezidenti, akademik Akif Əlizadə AMEA-nın Yer Elmləri, Biologiya və Tibb Elmləri Bölmələrinin doktorantları ilə görüşüb. Akademiyadan "Olaylar" - ma bildirilib ki, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib. Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.
Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.
Sonda dissertasiya mövzuları təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31