Gündəm

Bu il Azərbaycandan əcnəbilərə bir uşaq övladlığa verilib

18 Aprel 2017 15:31

2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb. S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib. 

Palata ittihamlara aydınlıq gətirdi

18 Aprel 2017 15:29

“İnzibati Prosessual Məcəlləyə” edilən dəyişikliyə əsasən Maliyyə bazarlarına nəzarət orqanının bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, eləcə də bankın lisenziyasının ləğvi ilə bağlı qəbul etdiyi inzibati aktın qanunsuz sayıldığı hallarda məhkəmə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edir”. Bu haqda  Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

“Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında”

18 Aprel 2017 15:26

AMEA Hüseyn Cavidin Ev Muzeyi Elmlə təhsilin inteqrasiyası prosesi çərçivəsində tədbir keçirib. Universitetdən “Olaylar” – a bildirilib ki, romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturqun irsinin təbliği istiqamətində tədbirə Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də dəvət olunub.

Allahşükür Paşazadə Rusiyada bir sıra tədbirlərdə iştirak edəcək

18 Aprel 2017 15:25

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına səfər edəcək. QMİ-nin mətbuat xidmətindən  bildirilib ki, səfərin məqsədi Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir. Şeyxülislam A.Paşazadə, həmçinin Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransda iştirak edəcək. Səfər çərçivəsində A.Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək.

İlahi qüdrətli xanım

18 Aprel 2017 15:24

Yüksək qadın adı,isməti, vicdanı ilə ictimaiyyətin dərin hörmət və məhəbbətini qazanmış görkəmli hüqüqşünas Məmləkət xanım Nuriyeva Ulu Tanrıya bağlı, qəlbi müqəddəslik hissi ilə alovlanan bir şəxsiyyət idi.Bütün yüksək və nəcib insanı xüsusiyyətləri özündə cəmləşdirən M.Nuriyevanın xeyirxahlığı onun kamilliyini bir daha sübut edir.O, başladığı müqəddəs yolun ilk addımının sonunda böyük uğur və xeyirin dayandığını əvvəlcədən bilirdi.

Amerikada Qarabağ həqiqəti

18 Aprel 2017 15:21

Son illər Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, əldə edilən diplomatik nailiyyətlər Ermənistanın işğalçılıq siyasətinin üzə çıxarılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması prosesinə də müsbət təsirini göstərir.

"Sən" deyə xəyallar...

18 Aprel 2017 15:20

“Sən” deyə xəyallar dumanındayam, Hər yerim sən qoxur, yanıq tüstü tək. Hər bir an, hər dəqiqə sorağındayam, Elə bil “sən” deyə fırlanır fələk...

Qeyri-neft sektorunun inkişafı yeni mərhələdə

18 Aprel 2017 15:18

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə ciddi nailiyyətlərin əldə olunması artıq 10 ildən çoxdur ki, əsas priortet olaraq qarşıya qoyulub. Bu mənada 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları qeyri-neft sektorunun inkişafı istiqaməində qurulan bünövrənin təməl daşı da hesab edilə bilər.

Ermənistanın mədəni-dini abidələrə qarşı terror siyasəti

18 Aprel 2017 15:17

Ermənilərin XX əsrin 80-ci illərinin sonlarından etibarən başladıqları təcavüzkarlıq və işğalçılıq siyasətinin nəticəsi olaraq bu gün sivil, dildə müharibə əleyhidarı olan dünyanın gözü qarşısında Azərbaycan ərazilərinn 20 faizi işğal altındadır. 20 ildən çoxdur ki, davam edən bu işğal siyasəti ilə ermənilər təkcə soydaşlarımızı öz yurd-yuvalarından didərgin salmayıb, eyni zamanda işğala məruz qoyduqları ərazilərdə tarixi-mədəni abidələri barbarcasına məhv ediblər. Ən acınacaqlısı odur ki, erməni vandallarının hədəfindən dini ibadət yerləri, məscidlər də yayınmayıb. Bu gün hər kəsə erməniıərin işğal altında olan ərazilərdəki məscid və digər dini abidələri mal tövləsinə çevirdiyi gün kimi aydındır. Ancaq təəssüflər olsun ki, erməni vandallarının bu hərəkətinə beynəlxalq səviyyədə hələ ki, “dur” deyən yoxdur. Ancaq Azərbaycanda dini sahədə hər hansı xırda bir məsələ ortaya çıxan kimi dərhal beynəlxalq aləmdəki bəlli “din adamları” hərəkətə keçirlər. Halbuki günümüzdə Azərbaycan dini tolerantlıq, tarixi-dini abidələrə, ibadət məkanlarına xüsusi diqqət və qayğısı ilə dünyaya nümunə ola biləcək bir ölkədir.

Azərbaycanın iqtisadiyyatının bütün sahələrində inkişaf templəri daha da artacaq

18 Aprel 2017 15:13

İstər xari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin iclasında açıqlanan statistik rəqəmlər, istərsə də dövlət başçısının sədrliyi ilə bu günlərdə Yevlaxda keçirilən respublika müşavirəsində açıqlanan iqtisadi göstəricilər onu deməyə əsas verir ki, cari il də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacaq. Çünki ölkə iqtisadiyyatı düzgün istiqamətdə qurulub. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Onun sözlərinə görə, artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq: “Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında qeyd olunan iqtisadiyyat sahəsində cari nəticələr və bu sahədə gələcək prioritetlərə nəzər yetirmək çox vacibdir.

Nişançı

18 Aprel 2017 15:09

Müqəddəs torpaqlarımızın bütövlüyü uğrunda daim qətiyyətlə mübarizə aparan və heç nədən qorxmadan canlarından keçən qəhrəman vətən oğullarına – şanlı ordumuza və qutlu şəhidlərimizə həsr olunur...

VİP dövlət maraqlaını həmişə bütün maraqlardan üstün tutub

18 Aprel 2017 15:06

Prezident seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq artıq müxalifət düşərgəsində seçki müzakirələrinə start verilib desək yanılmarıq. Artıq bəzi partiyalar müxalifətin 2018-ci ilin prezident seçkiləri üçün vahid namizəd müəyyən etməsini də təklif edirlər.

Azərbaycanın meyvə-tərəvəz istehsalçıları üçün əlverişli bazarlar yaranır

18 Aprel 2017 15:03

Ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır, sistemli tədbirlər görülür. Bu sahənin dövlətin xüsusi diqqət mərkəzində olması Prezident İlham Əliyevin son vaxtlar regionlarda keçirdiyi bir neçə regional müşavirələrlə də təsdiqini tapır.

Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub

18 Aprel 2017 15:02

Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.  Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək. H.Babayev kvotanın artırılacağını istisna etməyib.