Gündəm

“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

18 Aprel 2017 16:25

Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib. Bu barədə məlumat “OLAYLAR”-a şirkətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

İslam həmrəyliyi və milli mənəvi dəyərlər mövzusunda tədbir keçirilib

18 Aprel 2017 16:23

Masallı Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.

Gəmiçiliyin rəhbər heyəti üçün təlim keçirilib

18 Aprel 2017 16:20

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti üçün “Davranış əsaslı mədəniyyət” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın AXDG-yə istinadən verdiyi məlumata görə, çəqsəd işçilərin qəza zamanı davranış səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bildirilib ki, iş yerində təhlükəsizlik mühitinin qorunub-saxlanılması “Davranış əsaslı mədəniyyət”in əsas elementlərindən biridir. Bununla bağlı beynəlxalq tələblərə dənizçilər ciddi əməl etməlidirlər.

500 rus kəşfiyyatçısı Ermənistanda hərəkətə keçdi

18 Aprel 2017 16:12

Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb. Bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Təlim Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub.

İran Azərbaycanın iştirakı ilə Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir

18 Aprel 2017 16:11

İran Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşü zamanı deyib.

İran Azərbaycanın iştirakı ilə Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir

18 Aprel 2017 16:07

İran Fars körfəzini Qara dənizlə birləşdirəcək nəqliyyat dəhlizi yaratmaq istəyir. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşü zamanı deyib.

Gürcüstan XİN Lavrovun Abxaziyaya səfərinə sərt reaksiya verib

18 Aprel 2017 16:05

Gürcüstan Rusiyanı təxribat hərəkətlərə son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfəri ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Rus Pravoslav kilsəsi Xocalı soyqırımı müraciətinə münasibət bildirib

18 Aprel 2017 16:03

Rus Pravoslav kilsəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyalarının liderləri tərəfindən Xocalı soyqırımı ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanan müraciətə münasibət bildirib.

Maliyyə Sabitliyi Şurası: Valyuta bazarındakı sabitləşmə manata adekvat təsir göstərib

18 Aprel 2017 16:01

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib.

Binəqədidə daha bir küçə təmir edilərək istifadəyə verilib

18 Aprel 2017 15:59

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi təmir olunaraq vətəndaşların istifadəsinə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 10 metr təşkil edir.Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun əvəzinə küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

“Azərbaycan və dünya operasında Şövkət Məmmədova fenomeni”

18 Aprel 2017 15:47

Aprelin 18-də Azərbaycan Teatr Xadimləri İttifaqında SSRİ Xalq Artisti Şövkət Məmmədovanın 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. İttifaqdan “Olaylar” – a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

“Pəltək Cücə” tamaşanın premyerası olub

18 Aprel 2017 15:46

Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrında yeni tamaşanın premyerası olub. Teatrdan “Olaylar” – a bildirilib ki, türk nağılı əsasında İlhamə Əhmədovanın quruluşunda “Pəltək Cücə” tamaşası öz balaca tamaşaçıları tərəfindən maraqla qarşılanıb. Tamaşada hadisələr Xoruzla Toyuğun ailəsində baş verir. Ailədə olan 7 cücədən birinin dilində qüsur var, “cik-cik” yerinə “tık-tık” deyir. Bacı-qardaşları ona gülürlər. 

İŞİD-in rusiyalı lideri məhv edildi

18 Aprel 2017 15:43

İraqın federal polisi Mosulda İŞİD terror qruplaşmasının hərbi başçılarından birinin öldürüldüyünü açıqlayıb. O, Abu Hacir ar-Rusi kimi məşhurdur. İraqlı general-leytenant Raeda Şakerin sözlərinə görə, terrorçu şəhərin qərb hissəsində, As-Saur adlanan ərazidə raket zərbəsi ilə məhv edilib. İŞİD lideri həmin vaxt öz qərargahında olub. Təhlükəsizlik əməkdaşları onun əsl adını və vətəndaşlığını dəqiq söyləyə bilmirlər. Lakin onun Rusiyadan gəlmə olduğu təxmin edilir. 

Elektron hökumətlə bağlı ilk konfrans

18 Aprel 2017 15:35

Aprelin 18-də Azərbaycan Texniki Universitetində (AzTU) «Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri» mövzusunda Respublika Elmi-Praktiki konfransı keçirilib.

Regionlarda İslam Həmrəyliyi Oyunları təbliğ edilir

18 Aprel 2017 15:34

Bakı şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman kompleksində kütləvi idman tədbirlərinə daxil olan basketbol üzrə regional yarış keçirilib.