Gündəm

Şahdağ Milli Parkının ərazisində uçqun baş verib

18 Aprel 2017 16:54

Aprelin 17 – də səhər saatlarında  Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən “Olaylar” – a bildirilib ki,  hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

"Bir ildən sonra kənd təsərrüfatı ilə bağlı nəticələri görə biləcəyik"

18 Aprel 2017 16:50

"Azərbaycan Prezidenti İlham Əliyevin Yevlaxda keçirilən müşavirədə söylədiyi fikirlərin hər biri bir daha sübut etdi ki, ölkəmizdə qeyri-neft inkişafı dövlət başçısının diqqət mərkəzindədir”. Bunu  Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.

Azərbaycanda ətin bahalaşma səbəbi açıqlandı: 13 min mal-qara, 42.5 min qoyun...

18 Aprel 2017 16:48

Azərbaycan Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.

"İslahatlar qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək"

18 Aprel 2017 16:45

"Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxundu və qarşıda duran hədəfləri müəyyən etdi".  Bunu  Milli Məclisin deputatı Tahir Rzayev deyib.

ANS-ə 10 gün vaxt verildi

18 Aprel 2017 16:39

AMEA-nın Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakını hazırda yerləşdiyi binadan çıxarmaq üçün martın 23-dək vaxt vermişdi. Xəbərdarlığa baxmayaraq, ANS teleşirkəti hələ də ərazini tərk etməyib. Zoologiya İnstitutunun direktoru Elman Yusifov Modern.az saytına açıqlamasında məsələnin artıq öz məcrasından çıxdığını deyib.

Baş nazir maliyyə qurumlarının rəhbərlərini topladı

18 Aprel 2017 16:37

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində Baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib. 

Bahar Muradova Pramila Pattenlə görüşüb

18 Aprel 2017 16:35

Milli Məclis Sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvü xanım Pramila Patten ilə görüşüb. MM-dən verilən məlumata görə,  parlament rəhbərliyi adından qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur.  

Azərbaycanda gözəl investisiya mühiti mövcuddur

18 Aprel 2017 16:34

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir.

Baş Prokurorluq işçi axtarır

18 Aprel 2017 16:32

Baş Prokurorluq mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik mütəxəssislərin işə qəbulunu elan edib. Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan Prezidentinin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın prokurorluq orqanlarında icrası ilə əlaqədar yaradılmış Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə bu sahədə zəruri biliklərə malik mütəxəssislərin (3 mühəndis-proqramçı və 1 veb-dizayner) işə qəbulunu elan edir.

Qazaxıstanlı tələbələrin elmi-təcrübi dərsləri davam edir

18 Aprel 2017 16:33

Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən akademiyada Musiqi sənəti ixtisası üzrə təhsil alan I kurs magistr tələbələrinin elmi-təcrübi dərsləri davam edir.

AMEA – da yeni şöbənin yaradılması təklif olundu

18 Aprel 2017 16:30

Aprelin 18-də AMEA – nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. Bölmədən “Olaylar” – a bildirilib ki, akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Tədbirdə elmi-təşkilati məsələlərdən ilk olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında müzakirə aparılıb. Bildirilib ki, XVII-XVIII əsr Azərbaycan ədəbiyyatını, o dövrdə yaşayan şairlərin həyat və yaradıcılığını, sənətkarlığını öyrənmək, onların kənarda qalan irsini toplamaq, tədqiq etmək kimi məsələlər Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılmasını zəruri edib.Yeni şöbənin yaradılması ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Nardaranda tutulan şəxsin yeni “silahxanası” aşkarlandı

18 Aprel 2017 16:29

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib. DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib.

Üç ayda yol qəzasında 162 nəfər ölüb

18 Aprel 2017 16:28

Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb.

Samir Adıgözəllidən Araz Əlizadəyə tutarlı cavab

18 Aprel 2017 16:24

“Azərbaycanlıyam adı altında maskalanmış hind-avropa irqinin qarışığından törənən Araz Əlizadəyə kiçik xatırlatma. Bil və agah ol ki, Azərbaycan türklüyünü və milli dəyərlərimizi hədəf almağın bundan belə heç bir nəticə verməyəcək”.