Gündəm
Naziri həmkarını qəbul etdi
Səhiyyə naziri Oqtay Şirəliyev Cibuti Respublikasının səhiyyə naziri Dr. Cama Elmi Okiehi və nümayəndə heyətini ölkəmizə rəsmi səfəri zamanı qəbul edib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, nazirlikdə baş tutan görüşdə ilk olaraq müqabil tərəf 2017-ci ilin “İslam Həmrəyli İli” elan etməsini bütün İslam Dünyası ölkələrində rəğbətlə qarşılandığını vurğulayıb. Qonaq həmçinin “İslam Həmrəyli Oyunları” nın Azərbaycanda keçirilməsini ölkə rəhbərliyinin sağlam həyat tərzinin təşviqi və sosial yönümlü siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Xarici işlər naziri Malta parlamentinin spikeri ilə görüşüb
Malta Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə Parlamentinin Spikeri Anqlu Farruca ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olundu və belə görüşlərinin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd etdilər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkdilər.
Beynəlxalq Muğam Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş tədbir
Aprelin 18 – də Beynəlxalq Muğam Mərkəzində Gənclər Fondu, Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndələrinin görüşü keçirilib.
MTRŞ qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaları AÇIQLADI
Milli Televiziya və Radio Şurası (MTRŞ) qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adlarını açıqlayıb. MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Toğrul Mirzəzadənin verdiyi məlumata görə, "Qaraxan" MTK, "Metronet" MTK, Bakıxanov MK MMC və "Aytac" MTK lisenziya olmadan, qeyri-qanuni fəaliyyət göstərir. T. Mirzəzadə qeyd edib ki, qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adları aidiyyəti dövlət orqanlarına təqdim olunub.
Politoloq: “Türkiyə Azərbaycanın bir nömrəli müttəfiqidir"
“Ümumiyyətlə hər nə olursa-olsun, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dostluğunun kökləri də qədimdir. Bu, əbədi dostluqdur. Bunu kimsə sarsıda və poza bilməz. Təbii ki, bu münasibətlər xalqlar arasındakı münasibətlərdir və onun bir neçə yüz illik ənənələri, tarixin dərinliklərinə gedən izləri var. Hətta bir millət, iki dövlət sözü də nahaq yerə deyilməyib”.
Mərkəz sədri: “Tramp administrasiyası Rusiyaya təzyiqi kəskin artırıb”
“ABŞ-la Rusiyanın münasibətlərində Rusiyanın passivliyi göz qabağındadır. Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ı çox böyük dövlət hesab edir və onunla əlaqə qurmağa hazır olduğunu bildirdi. Onun fikrincə dialoqun qurulmasında çox şey ABŞ-dan asılıdır. RF prezidenti ABŞ-ın Alyaska ştatındakı hərbi fəaliyyətini Rusiya üçün təhlükə hesab edir.RF ABŞ-ın RƏMS-indən qorxur, bu sistemin bütün aşağı orbitli kosmik aparatlara təhlükəli olduğunu bildirdi”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Texniki baxışdan keçməyənlərə MMX protokol göndəriləcək
Azərbaycanda texniki baxışdan vaxtında keçməyən avtomobilin sürücüsünə elektron protokol (MMX) tərtib oluna bilər. Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı təkliflər hazırlanıb və Milli Məclisə göndərilib. Yaxın vaxtlarda məsələnin müzakirəsi gözlənilir.
Samvel Babayanı tezliklə buraxacaqlar: Özünü yaxşı aparıb
Qondarma "DQR"in keçmiş "müdafiə naziri", Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri ərəfəsində həbs edilmiş general Samvel Babayanın tezliklə buraxılacağı gözlənilir.
Sabunçuda 4 otaqlı ev yanıb
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. DİN-dən verilən məlumata görə, ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin yataq otağında 20 m2 sahədə döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağdam sakini elektrik cərəyanı vurub
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 17-də Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki fermada Ağdam rayon sakini Yaqub Mahmudov elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırma aparılır.
Mobil telefoni oğuralayan yeniyetmə saxlanıb
Mərimanov rayonunda oğurliq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən martın 8-də Bakı şəhər sakini Xəyalə Qədirovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə tutulub. Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Gəncə şəhəri ərazisindəki kompyuter salonlarından birindən 2 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən şəhər sakini Ayxan Hüseynov tutulub.
750 ədəd mişar daşı oğurlayan saxlanıb
Cari il martın 24-də Hökməli qəsəbəsindəki evlərdən birinin qarşısından 750 ədəd mişar daşı oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Məmmədov tutulub. Araşşdırma aparılır.
Şamaxı sakini qohumunu qətlə yetirib
Şamaxı rayonunda qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 18-də Şamaxı rayonunun Göylər kənd sakini Famil Hidayətov həyətində münaqişə zəminində qohumu Şəmsəddin Hüseynovu bıçaqla qətlə yetirib. F.Hidayətov Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Elmar Məmmədyarov Maltanın xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Maltanın xarici işlər naziri Corc Vella ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə nazir Corc Vella 2016-cı ilin aprel ayında ölkəmizə etdiyi səfərini və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.İki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsinin məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafi baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib.
Xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikası və Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib. XİN-dən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində hökumətlərimiz tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.













