Gündəm

Peterburq metrosu yenə bağlandı - BOMBA TƏHLÜKƏSİ

18 Aprel 2017 18:46

Bu gün gündüz saatlarında Sankt-Peterburqda "Ploşad Mujestva" metro stansiyası sərnişinlərin giriş və çıxışı üçün bağlanıb. Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, səbəb yenə də metroda tapılan sahibsiz əşyadır.

6 nəfərin ölümü səbəb olan sürücüyə HÖKM OXUNDU

18 Aprel 2017 18:45

6 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə isintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə  əsasən, E. Bayramov 10 il müddətə azadlıqdan məhrum edilib.

Yevlax şəhərində çoxmənzilli yaşayış binası tikiləcək

18 Aprel 2017 18:43

Azərbaycan Prezidenti İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xoreoqrafiya Akademiyasında yubiley

18 Aprel 2017 18:43

Xoreoqrafiya Akademiyasının Akademiyanın Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə “Əfrasiyab Bədəlbəyli 110. Azərbaycan baleti ənənəvi incəsənət növləri sintezi kontekstində” mövzusunda seminar keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə açan Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində Əfrasiyab Bədəlbəyli fenomeni barədə danışdı. Seminarda Bakı Xoreoqrafiya Akademiyasının bakalavr və magistratura şöbəsinin müdir müavini, Azərbaycan Respublikasının əməkdar artisti Eteri Cəfərova və Bakı Xoreoqrafiya Akademiyasının “İnstrumental ifaçılıq” ixtisası üzrə 1-ci kurs magistr tələbəsi Vüsalə Zöhrabova məruzələrlə çıxış edərək, dahi bəstəkarın həyat və yaradıcılığını geniş şəkildə işıqlandırdılar.

İTV-nin Yayım Şurasına yeni sədr seçildi

18 Aprel 2017 18:42

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib. Bu barədə Milli Televiziya və Radio Şurasından (MTRŞ)   verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib. Qeyd edək ki, M. İmanov AMEA Folklor İnstitutunun direktorudur.

İqtisadiyyat naziri Dubaya səfər edəcək

18 Aprel 2017 18:40

İqtisadiyyat naziri, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

I Kültəpədə arxeoloji tədqiqatlar

18 Aprel 2017 18:40

2013-cü ildən 2016-cı ilə qədər AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə Babək rayonunun ərazisində yerləşən və e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlar aparıb.

Şurada “iqtisadi və sosial məsələlər” qrupun aid QHT-lərlə görüş keçirilib

18 Aprel 2017 18:38

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına  “iqtisadi və sosial məsələlər” qrupundan üzv seçilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi  İctimai Birliyinin sədri Rufiz Qonaqovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Milli Məclis aprelin 25-də yığışacaq

18 Aprel 2017 18:27

Milli Məclisinin aprelin 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.Milli Məclisdən verilən məlumata görə, iclasın gündəliyinə 35 məsələ daxildir. Bunlar Azərbaycanın Türkiyə ilə imzaladığı hərbi maliyyə əməkdaşlığı haqqında sazişin ratifikasiyası, o cümlədən Vergilər, İnzibati Xətalar, Cinayət, Mülki, Əmək, Mənzil məcəllələrinə, habelə “Yol hərəkəti” haqqında, “Dövlət qulluğu” haqqında, “Məhkəmələr və hakimlər” haqqında, “Müflisləşmə və iflas” haqqında, “Dövlət rüsumu” haqqında, “Dərman vasitələri” haqqında, “Valyuta tənzimi” haqqında və s. qanunlara dəyişikliklər layihələridir.

"Facebook" 30 min səhifəni sildi

18 Aprel 2017 18:26

"Facebook" sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan ("fake") məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb. Sosial şəbəkə "fake"ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. "Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq", - deyə "Facebook"un texniki meneceri Şabnem Şayk bildirib.  

Bakıda şirkət işçiləri "Bandotdel"in əməliyyatı ilə tutuldu

18 Aprel 2017 18:17

Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb. Saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən "Azpilot" LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar. İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.

Metroda rüsvayçılıq: reklam monitorları porno göstərdi - 25 saniyə davam etdi

18 Aprel 2017 18:16

Hindistanın paytaxtı Dehlidə sərnişinlərin ən sıx olduğu metro stansiyalarından olan "Rajiv Çovk"ın ekranında porno yayımlanıb. Dehli Metro Dəmiryol İdarəsi hadisə ilə əlaqədar istintaq komissiyası yaradıb. Bu olay 9 aprel tarixində stansiyada reklam və əlavə məlumatlar üçün tutulan monitorda baş verib.

“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirildi

18 Aprel 2017 18:13

18 aprel 2017-ci il tarixdə 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsinə start verilib.

Əmək Nazirliyində Pramila Patten ilə görüş olub

18 Aprel 2017 18:04

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan beynəlxalq ekspert, BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü xanım Pramila Patten ilə görüş olub. Görüşdə BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri də iştirak ediblər.

Azərbaycanda siyasi plüralizm hökm sürür

18 Aprel 2017 17:54

Azərbacan müstəqillik yoluna qədəm qoyduğu ilk andan etibarən siyasi plüralizm ənənnələrini tətbiq etməyə başlayıb. Məlum olduğu kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu.