Gündəm

Keremcemin keçmiş xanımı yenə ayrıldı

18 Aprel 2017 19:28

Ötən il sevgili olan aktrisa Seda Güven və Onur Tuna ayrılıb. Daha əvvəl də ayrıldıqları deyilən, ancaq bunun yalan olduğunu sübut edən cütlük bu dəfə münasibətlərində son qərarlarını veriblər.

Sürücüsüz avtomobillər üçün proqram platforması yaradılıb

18 Aprel 2017 19:23

“Apple” şirkəti sürücüsüz avtomobillər üçün proqram platforması hazırlayaraq ABŞ hakimiyyətindən onların yollarda sınaqları üçün icazə alıb.   ABŞ Dövlət Avtomobil Nəqliyyatı Departamenti “Apple” şirkəti tərəfindən 2015-ci ildə buraxılan “Lexus RX540h” markalı özüidarəolunan avtomobillərin sınaqlarının keçirilməsini təsdiq edib. Analoji icazələri, həmçinin “Volkswagen”, “Mercedes-Benz”, “Google”, “Tesla”, “Nissan”, “BMW”, “Honda”, “Ford” və “Bosch” şirkətləri alıb.

Uçan mobil rabitə stansiyasının sınaqları keçirilib

18 Aprel 2017 19:18

ABŞ-ın “Verizon” telekommunikasiya şirkəti “4G” standartlı rabitə avadanlığı ilə təchiz edilən pilotsuz uçan aparatın uğurlu sınağını keçirib. Perspektivdə belə uçan aparatlardan təbii fəlakətlərdən ziyan çəkən yerlərdə rabitənin bərpası üçün uçan mobil rabitə stansiyaları kimi istifadə planlaşdırılır.

“Apple” korporasiyasının həmtəsisçisi 2075-ci illə bağlı proqnozunu səsləndirib

18 Aprel 2017 19:13

Növbəti istirahət günlərində “Silicon Valley Comic Con” sərgisi keçiriləcək. Bu tədbirin təşkilatçısı dünyada tanınmış ixtiraçı və “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyakdır. O, sərgi ərəfəsində “USA Today” nəşrinə verdiyi müsahibəsində yaxın 58 illə bağlı öz proqnozunu səsləndirib. Voznyak belə düşünür ki, 2075-ci ilədək indiki səhraların ərazisində gələcəyin şəhərləri ucaldılacaq və ev problemi aradan qalxacaq.

Bu qidalar damar tıxanmasının qarşısını alır - SİYAHI

18 Aprel 2017 19:09

Damar tıxanması ucbatından hər gün insanlar həyatını itirir. Mütəxəssislər bildirir ki, damar tıxanmasının qarşısını almaq üçün sağlam qidalanmaq vacibdir. Damar tıxanmasının qarşısını alan qidalarla tanış edirik.

Birinci vitse-prezident Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru ilə görüşüb

18 Aprel 2017 19:06

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva aprelin 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko ilə görüşüb. Pyotr Qlıboçkonu salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə qurulan əməkdaşlıqdan, bu təhsil ocağının Bakıdakı filialının fəaliyyətindən danışdı, filialin yaradılması ilə bağlı layihənin çox uğurlu olduğunu dedi.

Uşaq nə qədər yatmalıdır?

18 Aprel 2017 19:03

Bu sual bütün anaları çox maraqlandırır və narahat edir. Böyüklərdəki kimi, bu, uşağın fiziki və psixoloji durumundan, temperamentindən, uşağın rejimindən və s. asılıdır. Bu, çox fərdi bir göstəricidir. Aşağıda müxtəlif yaşlarda olan uşaqların orta yuxu vaxtını sizə təqdim edirik.

Simeone İtaliyaya köçə bilər

18 Aprel 2017 19:00

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər. "İnter" klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdır. "Neradzurra" hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.

Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub -  YENİLƏNİB

18 Aprel 2017 18:58

Türkiyənin Tunceli vilayətində vertolyot qəzaya uğrayıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, vertolyotda 2 hakim, 8 polis,1 gizir və 3 ekipaj üzvü olmaqla, 14 nəfər həlak olub. Tunceli rəsmilər bildirib ki, polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.

Harrinin yeni iş yeri məlum oldu

18 Aprel 2017 18:58

"Çelsi"nin sabiq futbolçusu Canfranko Zola ötən gün "Birminqem" klubundan istefaya göndərilib. Artıq yeni çalışdırıcının adı da açıqlanıb.  70 yaşlı Harri Rednapp Birminqem təmsilçisinə baş məşqçi təyin olunub. Rednapp "Tottenhem", QPR kimi klublarda və İordaniya millisində də çalışıb. 

Levandovski, Hummels və Boatenq də Madridə aparılıb

18 Aprel 2017 18:56

"Bavariya" bu gün Çempionlar Liqasının 1/4 finalının "Real"a qarşı cavab görüşündə meydana çıxması sual altında olan əsas heyət üzvlərinin xidmətindən yararlana bilər. Madridə komanda ilə birlikdə hücumçu Robert Levandovski, həmçinin müdafiəçilər - Mats Hummels və Jerom Boatenq də yollanıblar.

Maşallah Əhmədovun vəsatəti TƏMİN EDİLDİ

18 Aprel 2017 18:53

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

ADU-da “Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar  keçirilib

18 Aprel 2017 18:53

Aprelin 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar keçirilib.

ADU-da yazıçı Elxan Elatlı ilə görüş keçirilib

18 Aprel 2017 18:50

Aprelin 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Dil Xidmətləri Mərkəzinin təşkilatçılığı ilə yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Adıçəkilən mərkəzin rəhbəri Nərmin Şirinli E.Elatlını universitetdə görməkdən şad olduğunu bildirib, onu iştirakçılara təqdim edib.

Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub

18 Aprel 2017 18:49

Aprelin 18-də Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub. O, insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehni və yaradıcı düşüncənin  inkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.