Levandovski, Hummels və Boatenq də Madridə aparılıb
"Bavariya" bu gün Çempionlar Liqasının 1/4 finalının "Real"a qarşı cavab görüşündə meydana çıxması sual altında olan əsas heyət üzvlərinin xidmətindən yararlana bilər. Madridə komanda ilə birlikdə hücumçu Robert Levandovski, həmçinin müdafiəçilər - Mats Hummels və Jerom Boatenq də yollanıblar.
18 Aprel 2017 18:56 İdman"Bavariya" bu gün Çempionlar Liqasının 1/4 finalının "Real"a qarşı cavab görüşündə meydana çıxması sual altında olan əsas heyət üzvlərinin xidmətindən yararlana bilər. Madridə komanda ilə birlikdə hücumçu Robert Levandovski, həmçinin müdafiəçilər - Mats Hummels və Jerom Boatenq də yollanıblar.
Hər üç futbolçu ötən gün fitness-testdən keçiblər. Münhen klubunun baş məşqçisi Karlo Ancelotti bildirib ki, Levandovskinin vəziyyəti yaxşıdı və oyunöncəsi son məşqdə komanda ilə birlikdə olub, oynamağa hazırdı.
Hummels və Boatenq isə fərdi hazırlıqla kifayətləniblər. Onların meydana çıxıb-çıxmayacağı oyun saatında müəyyənləşəcək. Goal.az