I Kültəpədə arxeoloji tədqiqatlar
2013-cü ildən 2016-cı ilə qədər AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə Babək rayonunun ərazisində yerləşən və e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlar aparıb.
18 Aprel 2017 18:40 Sosial2013-cü ildən 2016-cı ilə qədər AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə Babək rayonunun ərazisində yerləşən və e.ə. VII-I minilliklərə aid edilən I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlar aparıb. Tədqiqatlarda da əsas məqsəd yaşayış yerində məskunlaşma tarixini dəqiqləşdirməkdən ibarət olub. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın ən qədim Neolit abidəsidir və burada insanlar e.ə. VII minilliyin ortalarında məskunlaşıblar. I Kültəpə və onun ətrafında yerləşən yaşayış yerlərinin tədqiqinin nəticəsi olaraq bu günlərdə "Kültəpədə arxeoloji qazıntılar (2013-2016)" adlı kitab işıq üzü görüb.Arxeoloji tədqiqatlar Kültəpədə Neolit dövrünün varlığını təsdiq etmiş, onun Cənubi Qafqazın ən qədim Neoloit məskənlərindən biri olduğunu deməyə imkan verir.