Bu il Azərbaycandan əcnəbilərə bir uşaq övladlığa verilib
2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb. S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.
18 Aprel 2017 15:31 Sosial2017-ci ilin ilk üç ayı ərzində Azərbaycanda əcnəbilər tərəfindən bir uşaq övladlığa götürülüb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, 2008-ci il təvəllüdlü oğlan uşağı Türkiyə vətəndaşı tərəfindən övladlığa götürülüb. S. Məmmədov qeyd edib ki, uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyi əsasında övladlığa verilib.