Allahşükür Paşazadə Rusiyada bir sıra tədbirlərdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 19-da Rusiya Federasiyasının Stavropol diyarına səfər edəcək. QMİ-nin mətbuat xidmətindən  bildirilib ki, səfərin məqsədi Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin sədri olduğu Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Pyatiqorsk şəhərində keçiriləcək növbəti sədr seçkilərində iştirak etməkdir. Şeyxülislam A.Paşazadə, həmçinin Pyatiqorskda keçiriləcək İslam həmrəyliyinə həsr olunmuş konfransda iştirak edəcək. Səfər çərçivəsində A.Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə toplantı keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31