Daha bir küçə əsaslı şəkildə yenidən qurulur

Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib.

Pirallahı rayonunun mərkəzi yolu hesab olunan Səməd Vurğun küçəsi əsaslı şəkildə yenidən qurulur. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tikinti işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının tikintisi işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində yol yatağının genişləndirilməsi işləri də görülüb. Belə ki, uzunluğu 8 km, yenidənqurmadan öncəki eni 6-7 metr arasında olan yolun 4 km-i 8 m-dən 12 m-ə, 4 km-dən sonrakı hissəsi isə 12 m-dən 15 m-ə qədər genişləndirilib. Asfaltlanma işləri tamamilə bitdikdən sonra yolun xətlənməsi işləri aparılacaq, zəruri olan yerlərə 50 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31