Rusiyada qəza nəticəsində 40 nəfər xəsarət alıb
Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb. Hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib.
18 Aprel 2017 12:45 DünyaRusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb. Hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib.
Qəza nəticəsində avtobus sürücüsü ölüb. İkisi uşaq olmaqla, 20 nəfər xəstəxanalara yerləşdirilib. Daha 19 nəfərə ambulator tibbi yardım göstərilib. Məlumata görə, Koslan-Usoqorsk yolunda "Ural" markalı yük maşını idarəetməni itirərək qarşı yolla hərəkət edən sərnişin avtobusuna çırpılıb. "Ural"ın sürücüsü barəsində cinayət işi açılıb. Rusiya FHN-nin məlumatına görə, qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 68 əməkdaş və 15 texnika cəlb olunub. Apa.az RİA "Novosti"-yə istinadən xəbər verir.