"Çelsi"nin qapıçısı reklam çəkilişi zamanı zədələndi
"Çelsi"nin qapıçısı Tibo Kurtuanın zədəsi ilə bağlı məlumat yayılıb. Belçikalı qolkiperin NBA üçün reklam çarxının çəkilişi zamanı topuğundan zədələnib. Məşq meydançasında komandayoldaşları ilə basketbol oynayan Kurtua tullandığı anda topuq nahiyəsində ağrı hiss edib. Bu səbəbdən qolkiper "Mançester Yunayted"lə oyunu (0:2) buraxıb. O, İngiltərə Kubokunun yarımfinalında "Tottenhem"lə görüşdə də komandasına kömək edə bilməyəcək.
17 Aprel 2017 19:50 İdman"Çelsi"nin qapıçısı Tibo Kurtuanın zədəsi ilə bağlı məlumat yayılıb. Belçikalı qolkiperin NBA üçün reklam çarxının çəkilişi zamanı topuğundan zədələnib. Məşq meydançasında komandayoldaşları ilə basketbol oynayan Kurtua tullandığı anda topuq nahiyəsində ağrı hiss edib. Bu səbəbdən qolkiper "Mançester Yunayted"lə oyunu (0:2) buraxıb. O, İngiltərə Kubokunun yarımfinalında "Tottenhem"lə görüşdə də komandasına kömək edə bilməyəcək. Goal.az