"Bunu ingilislərə deməyin"
"Qranada"nın yeni baş məşqçisi Toni Adamsın debütü uğursuz alınıb. Bir müddət "Qəbələ"də də çalışan ingilis mütəxəsisin komandası "Selta"ya 0:3 hesabıyla uduzub.
17 Aprel 2017 18:35 İdman"Qranada"nın yeni baş məşqçisi Toni Adamsın debütü uğursuz alınıb. Bir müddət "Qəbələ"də də çalışan ingilis mütəxəsisin komandası "Selta"ya 0:3 hesabıyla uduzub.
Matçdan sonra Adams bunları deyib: "İspaniya liqası çox çətindir. Fikrimcə, La Liqa dünyanın ən yaxşı çempionatıdır. Amma bunu ingilislərə deməyin. Qarşıdakı 5 həftədə komandanın pisxoloji durumunu düzəltmək asan olmayacaq. Amma bir neçə variantım var. Hazırda klubda hamının əhval-ruhiyyəsi aşağıdır. Onları ağ bayraq qaldırmaq fikrindən döndərməliyəm". Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31