Rusiyanın və Türkiyənin elmi mərkəzləri arasında sənədlər imzalanıb

Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.

Akademiyadan "Olaylar2 - a bildirilib ki, sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişov imzalayıblar.

AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.

Sənədi professor M.Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31