Hemofiliyalı xəstələrə dövlət qayğısı
Aprelin 17 – də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyi ilə mübarizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə, müvafiq dövlət proqramının icrasına həsr edilmiş tədbir keçirilib.Nazirlikdən “Olaylar” – a bildirilib ki, tədbirdə qey olunub ki, müvafiq dövlət proqramı çərçivəsində xəstəliyə dücar olmuş insanlara tamamilə pulsuz dərman vasitələri təqdim edilir, müalicə işi aparılır.
17 Aprel 2017 14:21 SosialAprelin 17 - də M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyi ilə mübarizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə, müvafiq dövlət proqramının icrasına həsr edilmiş tədbir keçirilib.Nazirlikdən "Olaylar" - a bildirilib ki, tədbirdə qey olunub ki, müvafiq dövlət proqramı çərçivəsində xəstəliyə dücar olmuş insanlara tamamilə pulsuz dərman vasitələri təqdim edilir, müalicə işi aparılır. Məlum olduğu kimi, xəstəliyin səbəbi qanın laxtalanma prosesində iştirak edən VIII, IX və ya fon Villebrand faktorunun çatışmazlığıdır. Hemofiliya problemi bütün dünyada mövcuddur. Bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var. Mərkəzdə 1554 nəfər xəstə dispanser qeydiyyatındadır. Ölkə rəhbərliyi və Səhiyyə Nazirliyi hemofiliya xəstələrinin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlər həyata keçirir.
Bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. Dünyada 80% xəstələr lazımi dərman preparatları ilə təmin olunmurlar. Lakin 20% ölkələr hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edirlər. Azərbaycan da bu 20%-ə daxil olunub.