Böyük Britaniyada Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkarlanıb
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan tariximizə dair sənədlərin ölkəmizə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
17 Aprel 2017 14:22 SosialAMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan tariximizə dair sənədlərin ölkəmizə gətirilməsi ilə bağlı müzakirələr aparılıb. Akademiyadan "Olaylar" - a bildirilib ki, iclasda bu arxivin fondlarında araşdırma aparan elmi müəssisənin Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib. Məlum olub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var. Arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkarlayıb. İclasda bu sənədlərin gətirilməsi ilə bağlı müzakirə zamanı müvafiq qərar qəbul edilib.