Avtomobil bazarında passivlik hökm sürür

Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisdi və maliyyə bazarlarında müşahidə edilən mənfi tendensiyanın arzuedilməz nəticələri günümüzdə də özünü göstərməkdədir. Belə ki, atılan adekvat addımlar və antiböhran tədbirlərinə rəğmən Azərbaycan iqtisadiyyatı da neft böhranının mənfi təsirini özündə minimum səviyyədə hiss edir. Məlum proseslər başlayan ərəfədə ən ciddi problemlərin yaşandığı sahələrdən biri də avtomobil bazarı oldu.

Pərviz Heydərov: "Ölkədə minik avtomobillərinin satışının, həmçinin idxalının məhdudlaşdırılması siyasəti ən böyük səhv idi"

Dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra iqtisdi və maliyyə bazarlarında müşahidə edilən mənfi tendensiyanın arzuedilməz nəticələri günümüzdə də özünü göstərməkdədir. Belə ki, atılan adekvat addımlar və antiböhran tədbirlərinə rəğmən Azərbaycan iqtisadiyyatı da neft böhranının mənfi təsirini özündə minimum səviyyədə hiss edir. Məlum proseslər başlayan ərəfədə ən ciddi problemlərin yaşandığı sahələrdən biri də avtomobil bazarı oldu. Təsadüfi deyil ki, hələ də üzərində 3 ilə qədər vaxt keçməsinə baxmayaraq ölkənin avtomobil bazarında bir qeyri-müəyyənlik müşahidə edilir. Daha doğrusu Birıəşmiş Ştatlar dollarının 2015 və 2016-cı illərdəki məzənnəsindən fərqli olaraq nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə baxmayaraq avtomobil bazarında qiymət fərqi müşahidə edilmir. Yəni, avtomobillərin qiyməti əvvəlki aylarda olduğu kimi qalır. Bir çox ekspertlər bu tendensiyanın hazırda olduğu kimi davam edəcəyi qənaətindədirlər. Buna səbəb kimi isə bir neçə il əvvəl minik avtomobillərinin satışının və ölkəyə idxalının məhdudlaşdırılması istiqamətində atılmış addım göstərilir. İqtisadçı ekspert Pərviz Heydərov da hesab edir ki, ölkədə minik avtomobillərinin satışının, həmçinin idxalının məhdudlaşdırılması siyasəti ən böyük səhv idi: "Qeyd edim ki, bank sektorunun iflası, fəaliyyətinin dalana dirənməsinin ilkin təzahürləri də məhz bundan etibarən özünü göstərməyə başladı. Xatırladım ki, ölkəmizdə istehlak kreditlərinin verilməsi prosedurasının ağırlaşdırılması ilk dəfə olaraq, məhz avtomobil satışına tədbiq edildi. Düzdür, təkcə avtomobil deyil, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə də şərtləri sərtləşdirmək tələbi irəli sürülmüşdü. Lakin, 2014-cü ildən tədbiq olunmağa başlanılan sözügedən tədbirin əsas hədəfi bilavasitə minik avtomobillərinin satışını azaltmaq məqsədi daşıyırdı ki, bu haqda hətta Nazirlər Kabinetinetinin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən "Avro-4" ekoloji normasna keçmək barədə qərarı da var idi. Hansı ki, "Avro" standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımasa da, bizdə müvafiq yanacaq istehsal oluna bilmədiyindən, məqsəd məhz bundan ibarət idi. Nəticəsi nə oldu ?. Ölkədə minik avtomobillərinin satışı və onların gətirilməsi tempi enməyə başladı. Avtomotik olaraq da, kommersiya banklarının fəaliyyətləri zəifləməyə, onların onsuz da sağlam olmayan maliyyə vəziyyətləri pisləşməyə doğru istiqamət götürdü. Dövriyyədə nəğd pul kütləsinin artım sürəti zəiflədi və sonra azalmağa doğru meyil götürdü. İqtisadi aktivlik zəifləməyə başladı. Bir çox iri holdinq və şirkətlərin işləri çərçivəyə alındı. Və bütövlükdə, ölkədə ticarət dövriyyəsi enməyə doğru istiqamət aldı". Bütün bunları nəzərə alaraq sözügedən qərarın çox mənfi və düşünülməmiş bir addım olduğunu deyən Pərviz Heydərovun sözlərinə görə, ölkədə kommersiya banklarının problemləri məhz bu addımdan sonra üzrə çıxmağa başladı ki, səbəbi heç də neftin dünya bazar qiymətlərinin enməsində axtarmaq lazım deyil: "Sadəcə olaraq, tərslikdən vaxt etibarı ilə hər ikisi üst-üstə düşdü. Yəni ki, neft də məhz 2014-cü ilin iyun ayından ucuzlaşmağa başladı, buna müvafiq olaraq, sonradan manatın devalvasiya prosesi bankları lap, "beli üstə" vəziyyətdə qoydu. Maraqlıdır: hökumət bundan nəticə çıxarmaq əvəzinə məlum olduğu kimi bu il yanvarın 1-dən iri həcmli mühərikli minik avtomobillərinə idxalına yönəlik tədbiq edilən mövcud rüsumları bir az da artırmaq haqda yenə qərarlar qəbul etmişdir". İqtisadçı hesab edir ki, bu, tamamilı yanlış və səhv siyasətdir: "Belə ki, ölkədə bankları dirçəltmək, iqtisadi aktivliyin bərpasına əlavə təsir göstərmək və ticarət dövriyyəsini artırmaq, dövriyyədə nəğd pul kütləsinin həcmini genişləndirmək üçün minik avtomobillərinin idxalına qoyulan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılmalı, istehlak kreditlərinin verilməsi, xüsusən minik avtomobillərinə yönəliik ödənilməsi prosedurası 2014-cü ildən əvvəlki dövürə qaytarılmalıdır".

S. İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31