Elçin Hüseynbəyli yazır... Ağac kəsənlər, ömür kəsənlər...

“Hər bir kəs ömründə bir ağac əkməlidir...” Bu məşhur bir deyimdir.Əsuslar olsun ki, elə adam var ki, ömründə nəinki bir ağac əkir, əksinə onlara qənim kəsilir və barmağının bir işarəsilə onlarla ağac birdən məhv edilir. Uzun illərdir ik, bu hadisələr gözümüzün qarşısında baş verir və yalnız dövlət başçısı işə qarışandan sonra belə qanunsuz halların qarşısı alınır.

Elçin Hüseynbəyli

Ağac kəsənlər, ömür kəsənlər...

(İkinci yazı)

"Hər bir kəs ömründə bir ağac əkməlidir..." Bu məşhur bir deyimdir.

Əsuslar olsun ki, elə adam var ki, ömründə nəinki bir ağac əkir, əksinə onlara qənim kəsilir və barmağının bir işarəsilə onlarla ağac birdən məhv edilir. Uzun illərdir ik, bu hadisələr gözümüzün qarşısında baş verir və yalnız dövlət başçısı işə qarışandan sonra belə qanunsuz halların qarşısı alınır.

Bu dəfə də belə oldu. Yasamal rayonu, Mətbat prospektində yerləşən "Ovçular evi" ərazisində qanunsuz tikili, məhz presiden İlham Əliyevin göztərişilə dayandırıldı. Çünki burada nə az, nə də çox 54 köklü ağac məhv edilib. Halbuki hər bir ağacın böyüdülüb başa çatdırılması üçün xeyli vəsait xərclənir. Ağacların kəsilməsi insanların ömrünün kəsilməsi deməkdir, çünki yaşıllıq məhv edilir, onunla birgə udduğumuz təmiz hava da qəhətə çıxır. Hələ iki il öncə yazdığım bir yazıda ağac kəsənləri ömür kəsənlərlə müqayisə eləmişdim. Onlar cəlladdırlar. Çünki ağaclar da canlıdır.

Cənab prezidentin bu hadisəyə qarşı sərt çıxışı hamının ürəyincə oldu.

Çoxları prtezidentimiz kimi fikirləşir: Ağac kəsənlər vicdansızdırlar, cinayətkardırlar: məhkəməsiz-filansız.

Mənə və mənim kimi fikirləşənlərə (yəni çoxluğa) elə gəlir ki, hər bir ağacın pasportu olmalıdır: sivil ölklərdəki kimi, özü də hər bir ağacın kəsilməsi üçün on minlərlə cərimə ödənilməli, lazım gələrsə, həmin adamlar, yaxud təşkilatlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Mən neçə illərdir ki, "Vosmoy"daki (səkkizinci km ərazisi nəzərdə tutulur) ağackəsmə əməliyyatına ürək ağrısı ilə tamaşa edirəm. Bu ərazidə, demək olar ki, nəfəs alası bir yer qoymurlar. Bəzi məmurlar haranı gəldi tikinti üçün ayırırlar. İş o yerə gəlib çatıb ki, "Neftçilər" metrosu üzərindəki şamlıq kəsilib qurtarmaq üzrədir. Onun yqrində isə tikinti obyektləri ucaldılır. Düz metro xəttinin üzərində tikilən bu ticarət və məişət obyektləri təkcə yaşıllığın qırılmasına görə yox, həm də metronun özü üçün təhlükədir.

Cənab prezident daim ictimai nəzarətin gücləndirilməsinin, ictimai rəyə diqqətlə yanaşılmasının vacibliyini vurğulayır. Mən də bir yazar və adı çəkilən ərazinin sakini kimi "vosmoy kilometr" ərazisində monitorinq aparılmasını və cinayətkarların cəzalandırılmasını istəyirəm.

Bu, bizim ümumi işimizə kömək və cənab prezidentin bu sahəədki qanunsizluqlara qarşı apardığı mübarizəyə mühüm bir dəstək olardı...

Aprelin ikinci ongünlüyü, 2017

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31