İranla hərbi əməkdaşlıq nə vəd edir?
İranla Azərbaycan arasında münasibətlər şimal və cənub küləyinə xas olaraq dəyişkəndir. Bir qayda olaraq rəsmi Bakı qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirərək Tehranla əlaqələri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prinsipindən çıxış etsə də, zaman-zaman İslam Respublikasından nümayiş etdirilən və adekvat olmayan münasibət Bakını da bəzən öz siyasətinə yenidən nəzər salmaq məcburiyyətində qoyur. Buna misal olaraq Tehranın işğslçı Ermənistanla quruduğu əlaqələri göstərmək olar. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri Azərbaycanda haqlı narazılıq yaratsa da, lakin dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl İslam Respublikasına səfəri bir növ Tehran-Bakı incikliyini aradan qaldırmış oldu və ikitərəfli əlaqələr yeni bir mərhələyə qədəm qoydu.
17 Aprel 2017 13:22 Siyasətİranla Azərbaycan arasında münasibətlər şimal və cənub küləyinə xas olaraq dəyişkəndir. Bir qayda olaraq rəsmi Bakı qonşuluq münasibətlərinə sadiqlik nümayiş etdirərək Tehranla əlaqələri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prinsipindən çıxış etsə də, zaman-zaman İslam Respublikasından nümayiş etdirilən və adekvat olmayan münasibət Bakını da bəzən öz siyasətinə yenidən nəzər salmaq məcburiyyətində qoyur. Buna misal olaraq Tehranın işğslçı Ermənistanla quruduğu əlaqələri göstərmək olar. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri Azərbaycanda haqlı narazılıq yaratsa da, lakin dövlət başçısı İlham Əliyevin bir müddət əvvəl İslam Respublikasına səfəri bir növ Tehran-Bakı incikliyini aradan qaldırmış oldu və ikitərəfli əlaqələr yeni bir mərhələyə qədəm qoydu.
Bu günlərdə isə Azərbaycanla İran arasında hərbi sahədə əlaqələrdə bir yaxınlaşma, yeni bir əməkdaşlıq müşahidə edilir. Söhbət Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İslam Respublikasına səfərindən gedir. Səfər çərçivəsində İranın hərbi rəsmiləri ilə mühüm görüşlər keçirən Zakir Həsənov Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. Bəs görəsən indiki halda Azərbaycan-İran hərbi əlaqələri bizim üçün hansı perspektivlər vəd edir? Ümumiyyətlə, Tehran bu əməkdaşlıqda nə dərəcədə səmimidir?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Iran qonşu ölkədir və əgər iki ölkə arasında siyasi, iqtisadi əlaqələr varsa, ortaq regional layihələr həyata keçirilirsə, hərbi sahədə də əməkdaşlıq mümkündür. Onun sözlərinə görə, bu baxıdan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və iranlı həmkarı Hüseyn Dehqanla görüşü və apardığı müzakirələri normal qiymətləndirmək olar: "Sadəcə, Azərbaycanla İran hərbin hansı istiqamətlərində əməkdaşlıq edə bilər, bu sual mənim üçün açıq qalır. İranın müasir hərbi sənaye kompeksi yoxdur ki, bu ölkədən silah alaq. İranın özü başqa ölkələrdən silah və sursat alır. İkincisi, Azərbaycan ordusu inkişaf modeli kimi NATO standartlarını götürüb, sürət zəif də olsa bu istiqamətdə addımlar atılır. Zakir Həsənovla görüşdə Hüseyn Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada misilsizdir. Qəbul etdik, ancaq İranın müdafiə nazirinin sonrakı cümləsinə diqqət yetirək: "Ümid edirəm ki, Azərbaycan və Ermənistan başqalarının Dağlıq Qarabağ münaqişəsinə başqalarının müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə verməyəcək". Qarabağ münaqişəsinə münasibətdə indiyənə qədər çox fikir eşitmişdim, beləsi ilə ilk dəfədir rastlaşıram. Azərbaycan torpaqlarını öz gücüylə azad etmək istəyir, hansısa ölkə bizim əvəzimizə savaşan deyil. Ancaq Ermənistan Rusiyanın hərtərəfli dəstəyinə arxayındır. Tehranın sözü varsa, iradını Ermənistana bildirsin. Ancaq İranın müdafiə nazirinin mesajı Azərbaycanadır və bunun belə olduğunu "ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirirəm" cümləsindən də
anlamaq olar. Yəni demək istəyib ki, Amerika və Səudiyyə Ərəbistanından uzaq dayanın"
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, hazırda Tehranın Bakıya çox ehtiyacı var. Xüsusilə, Birləşmiş Ştatların İrana qarşı artan təzyiqləri fonunda: "Məlum olduğu kimi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranda səfərdə oldu. Müdafiə nazirinin səfəri iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlıq sahələrini əhatə edirdi. Qeyd edim ki, Ermənistan müdafiə naziri bir neçə ay bundan əvvəl İranda səfərdə olub və müdafiə təyinatlı bir sıra məhsulların İrandan alınması barədə məlumatlar var idi. Bir müddət bundan əvvəl işğalçı erməni qüvvələrinin Qapanlı kəndinə atdığı dörd mərminin İran istehsalı olduğu bildirildi. Deməli, İranın bu kimi məhsulların Ermənistana verməsi doğru xəbər idi". Politoloqun sözlərinə görə, İranın işğalçı Ermənistana verdiyi hərbi təyinatlı məhsulların Azərbaycana qarşı işlədilməsi, birbaşa İranın işğalçını dəstəkləməsi deməkdir: "Müdafiə naziri Zakir Həsənovun İranın müdafiə naziri Hüseyn Dehqan və digər siyasi rəhbərlərlə keçirəcəyi görüşlərdən sonra Ermənistana bu kimi silahların ötürülməsinin maksimum qarşısı alınmalıdır. Artıq, Birləşmiş Ştatlar İrana və onun formalaşdırdığı siyasi-hərbi gücə qarşı mübarizəyə start verib. Yaxın Şərqdə Amerikanın hərbi əməliyyatları birbaşa İranın regionda siyasətinin qarşısını almağa yönəlib. İran, Yaxın Şərqdə fəallaşdığı kimi Qafqazda bu siyasəti aparmağı planlaşdırırdı. Yaxın Şərqdə və Cənubi Qafqazda artan təhlükəsizlik riskləri və ABŞ-ın İrana qarşı sərt xətt siyasətinə görə İranın Azərbaycana ehtiyacı olacaq". Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan beynəlxalq konyukturada artan gərginliklər fonunda öz təhlükəsizliyini qorumalı, İran kimi aqressiv bir ölkənin siyasətin loyallaşdırmalı, xüsusilə Ermənistanla bu dövlətin hərbi əməkdaşlığının inkişafına imkan verməməlidir: "Bu istiqamətdə Azərbaycan İrana qarşı güclü təzyiq mexanizminə malikdir. Zakir Həsənovun səfəri ilə İranla müdafiə və hərbi sahələrdə bir sıra həllini tapmamamış məsələlər barədə ümümi konsorsiuma gəlinəcək".
Məhəmməd