Miqrant faciəsi davam edir: hər gün boğulurlar - VİDEO 

Almaniyadakı "Jugend Rettet" qeyri-hökumət təşkilatına məxsus "Luventa" gəmisi Aralıq dənizidə batmaq təhlükəsi ilə üzləşib. Yaxın Şərq və Şimali Afrikadan olan miqrantları Aralıq dənizində ölümdən xilas etmək üçün onları qəbul edən gəminin yükü həddən ziyadədir. Gəmidəki miqrantların çoxluğu onu batıra bilər.

"Luventa"dakı miqrantlar arasında hamilə qadınlar və uşaqlar da var. Onların əksəriyyətinin əynində xilasedici jiletlər yoxdur.

2015-ci ildə Yaxın Şərqdən olan miqrantlarla bağlı durum Avropa Birliyi ölkələrində böhran yaratmışdı. Avropa Birliyi və Türkiyə arasındakı anlaşmadan sonra "Balkan marşrutu" bağlanmışdı. Bu marşrut cənub-şərqi Avropa ölkələrindən keçirdi. Həmin vaxtdan bəri miqrantların əksər hissəsi Liviyaya yollanır, orada rezin qayıqlarla İtaliyaya keçməyə çalışırlar.

Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında bildirilir ki, bu ilin əvvəlindən bəri Aralıq dənizini keçmək istəyən miqrantardan 665 nəfər boğulub. İtaliyanın hakimiyyət dairələri isə bildirirlər ki, ilin əvvəlindən üzübəri ölkəyə 23 min miqrant keçib. 6 min miqrant isə batmaqdan xilas edilib. Milli.az European-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31