Partlayış bank binasını dağıtdı
Fransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb.
17 Aprel 2017 12:52 DünyaFransanın Korsika adasındakı Korte şəhərində ötən gecə baş vermiş partlayış "Société Générale" bankının ofisinin binasını dağıdıb. Partlayıcı qurğunun işə düşməsi ilə ofisin binasına ciddi ziyan dəyib. Partlayış dalğası, həmçinin yaxınlıqdakı mağazanın şüşələrini çilik-çilik edib.
Hadisə yerində partlayıcı üzrə mütəxəssislər və polis çalışır. Hələlik baş verən partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31