QHT-lərdən Maliyyə Bazarlarına Nəzarət Palatasına etiraz

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu günlərdə atmış olduğu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən ciddi etirazla qarşılanıb. Məlumata görə, Palata 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası ərazsində fəaliyyət göstərən bütün banklara göstəriş verib ki, “nəğdsiz hesablaşmalar haqqında” qanunun III, IV maddəsinə əsasən hər hansı limit tətbiq etmədən bütün əməliyyatlar nəğdsiz qaydada aparılsın. Palatanın bu göstərişi ona görə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən etirazla qarşılanıb ki, artıq QHT-lər də banklardan onlara layihələrini reallaşdırmaq üün ayrılan qrantları nəğd şəkildə götürə bilməyəcəklər. Məlumat üçün qeyd edək ki, yeni qayda ümumilikdə Azərbaycan Respublikası ərazisində bank hesabı olan bütün hüquqi və fiziki şəxslərə aid edilir.

Sahib Məmmədov: "Onun normativ-hüquqi akt qəbul etmək sələhiyyəti yoxdur"

Mirhəsən Seyidov: "Qərar fəaliyyət göstərən təşkilatların fəaliyyətinə və layihələrinin icrasına ciddi problemlər yaradır"

Maliyyə Bazarlarına Nəzarət Palatasının bu günlərdə atmış olduğu addım vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən ciddi etirazla qarşılanıb. Məlumata görə, Palata 4 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası ərazsində fəaliyyət göstərən bütün banklara göstəriş verib ki, "nəğdsiz hesablaşmalar haqqında" qanunun III, IV maddəsinə əsasən hər hansı limit tətbiq etmədən bütün əməliyyatlar nəğdsiz qaydada aparılsın. Palatanın bu göstərişi ona görə vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən etirazla qarşılanıb ki, artıq QHT-lər də banklardan onlara layihələrini reallaşdırmaq üün ayrılan qrantları nəğd şəkildə götürə bilməyəcəklər. Məlumat üçün qeyd edək ki, yeni qayda ümumilikdə Azərbaycan Respublikası ərazisində bank hesabı olan bütün hüquqi və fiziki şəxslərə aid edilir.

Bu səbəbdən əksəriyyət qeyri-hökumət təşkilatları sözügedən dəyişikliyin ölkədəki hüquqi şəxslərin fəaliyyətinə mənfi təsir göstərəcəyi qənaətindədirlər. Elə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da belə düşünür. QHT sədri bildirib ki, sözügedən qurumun belə bir göstəriş verməyə əslində heç səlahiyyəti də yoxdur: "Maliyə Bazarına Nəzarət Palatası adında qondarma qurum var. Onun normativ-hüquqi akt qəbul etmək sələhiyyəti yoxdur. Bu qurumun əməkdaşlarının hər şeydən başı çıxır, ancaq maliyyə işindən başqa. İndi bunlara necə izah edək ki, məsələn QHT ictimai nəqliyyatda istifadə edilən karta 1 manat pulu köçürmə yolu ilə necə yükləsin. 3 manatlıq dəftərxananı köçürmə yolu ilə necə alsın, ezamiyyətə gedəkən yeməkxanada içdiyi supun pulunu necə köçürsün? Yaxud kirayə götürdüyü ofisin (əksəriyyəti şəxsi mənzildir) kirayə haqqını sahibinə necə versin? Təbii ki, heç birinin bank hesabı yoxdur və s. və ilaxır. Bu adam nə etmək istəyir bilən varmı? Sahibkarlığı tam məhv etməyi bunlara kim tapşırıb? Nəğd əməliyyatların aparılması bütün hüquqi şəxslərə qadağan olunub. Bunun nəticəsini anlayan yoxdurmu? Son günlərdə sürətlə hamının VÖEN hesablarını bağlamasından xəbəri olan varmı? Bu o deməkdir ki, kommersiya qurumları bank vasitəsi ilə əməliyyat aparmayacaqlar. Vergi tam gizlədiləcək"

"İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidov da Palatanın qərarını pisləyib. O, bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən İnzibati Prosessual Məcəllənin 92-1-ci maddəsi maliyyə bazarlarına nəzarət orqanında dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisdə deputatların və spiker Oqtay Əsədovun etirazına səbəb olmuşdu. Prezidentin aprelin 12-də imzaladığı variantda məhkəmə qərarlarının heçə sayılması barədə həmin maddə çıxarıldı və

Ali Məhkəməyə qarşı sayğısızlıq qəbul olunmadı və yenidən Milli Məclisə geri qaytarıldı. Bir ildir qanun layihəsi hazırlansın o da, Konstitusiya maddələrinə ziddiyət təşkil etsin". İctimai Birlik sədri qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası 04 aprel 2017-ci il tarixli məktubu ilə bütün banklara daxili qaydada məktub əsasında "tapşırıq" verib: "Yeni qəbul olunan nəğdsiz hesablaşmalar haqqında Azərbaycan Respublikası qanunun maddələri, heç bir halda QHT qanunvericiliyinə müddəalarına əsaslanmadan xüsusi qərar olub. Qanunun 3.4.7-ci maddəsi üzrə, eynisi ilə QHT qanunvericiliyinin əsas məqsədi gəlir əldə etmək olmayan QHT-lər haqqında qanun maddələri pozulub. Qrant haqqında qanunda göstərilən maddələrə qarşı tam şəkildə ziddiyət təşkil edən yeni daxili qərar fəaliyyət göstərən təşkilatların fəaliyyətinə və layihələrinin icrasına ciddi problemlər yaradır. Bu kimi bir neçə daha ziddiyyət əsas gətirmək mümkündür". Mirhəsən Seyidovun sözlərinə görə, ölkəmizin bank sektorundakı böhran vəziyyətini düzəltmək əvəzinə, bankların qeyri qanuni şəkildə ideoloji fəaliyyətlə məşğul olan təşkilatlara qarşı belə bir vəziyyətə düşürülməsi bankların imicini daha da pis vəziyyətə salır: "Tez bir zamanda təşkilatlar tərəfindən müraciət ünvanlamağı planlaşdırırıq. Yaranmış problemin həllinə nail olmağa çalışacağıq".

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı da qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının atdığı addım QHT sektorunun fəaliyyətini iflic edən qərardı: "Minlərlə qeyri-hökumət təşkilatı rəhbərliyi buna eitraz edəcək. Və tam haqlı olaraq. Bizlər QHT-lər olaraq rayonlarda layihələr həyata keçiririk. Rayon əhalisinin neçə faizinin bank hesabı var? Biz indi hardan tapaq ki, o şəxsin bankda hesabı olsun? Bu o deməkdir ki, layihələrin icrası dayandırılacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31