Gündəm
Baş nazir: "Pxenyan növbəti təxribata əl atsa, ABŞ-la birgə cəza tədbirləri görəcəyik"
Pxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək. Bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli "Yonhap" agentliyinə müsahibəsində deyib.
Türkiyədə referendumun yekun nəticəsi 12 gündən sonra açıqlanacaq
Türkiyədə rfeerendumun yekun nəticəsi 11-12 gündən sonra açıqlanacaq. Bunu Ali Seçki Komissiyasının sədri Sadi Güvendeyib. O, ümumilikdə səsvermənin baş tutduğunu bildirib.
Musiqi məktəbləri Şopinq Festivalda
Həftə sonu Bakı Şopinq Festivalı çərcivəsində Mədəniyyət və Turizm Baş İdarəsinin uşaq musiqi və incəsənət məktəblərinin nağaraçalanlar ansamblları, rəqs kollektivləri və Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupu “Park Bulvar”, “28 mall” və “Gənclik mall”da musiqi proqramları ilə çıxış ediblər. İfa olunan musiqi nömrələri turist və şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
3 aylıq uşaq "terrorçu" sayıldı - ABŞ səfirliyi rüsvay olub
ABŞ-ın Londondakı səfirliyi Britaniyala lağlağı və ironiya obyekti olub. Səbəb isə səfirliyin 3 aylıq körpəni istintaqa çağırmasıdır. Uşağın babası səfirlikdə viza almaq üçün anket doldurarkən ailə üzvlərinin adlarını sadalayıb və "Onlardan birinin terror təşkilatı ilə əlaqəsi varmı?" sualına "Hə" yazıb.
Referendum zamanı 3 nəfər həlak oldu
Ötən gün Türkiyədə referendum zamanı 3 nəfər həlak olub. “Olaylar” “Huriyyet” -ə istinadən bildirir ki, Diyarbakırın Çermik şəhərinin Yabanardı qəsəbəsində yerləşən 164 saylı seçki məntəqəsinə silahlı hücum olub. Abdülrezzak, İdris və Şehmus Yıldız adlı şəxslər silahlı qarşıdurma zamanı həlak olublar. 1115 sakini olan qəsəbədən 88 nəfər referndumda iştirak etməyib, 52 nəfər “evet”, 23 nəfər “hayır”, 1 nəfərin isə səsverməsi etibarsız hesab olunub.
Politoloq: “Türkiyədə daha güclü hakimiyyət sistemi olacaq”
“Referendum nəticəsinə əsasən Türkiyə parlamentar üsul idarəsindən prezident üsul idarəsinə keçdi. Prezident üsul idarəsi ilə qardaş ölkədə daha güclü hakimiyyət sistemi olacaq”. Bunu politoloq Qabil Hüseynli deyib.
“Səhiyyə sisteminin idarə olunması” adlı təlimə start verilib
Bakı şəhərində və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərin təşkili və həyata keçirilməsi planlaşdırılıb. Keçiriləcək təlim mövzularının aktuallığını nəzərə alaraq, təlimlərdə tibb və əczaçılıq müəssisələri rəhbərlərinin, baş həkimlərin, menecerlərin, kadr üzrə məsul işçilərin, həkimlərin, marketing üzrə mütəxəssislərin, səhiyyə sektorunda çalışan və sözügedən təlimlərə maraq göstərən digər şəxslərin iştirakı üçün tam şərait yaradılıb.
Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb
Aprelin 16-da Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb.
Binəqədi rayonunda Zərifə xanım Əliyevanın xatirəsi anılıb
Binəqədi rayonunda Azərbaycanda Oftolmalogiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, əvvəlcə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziayrət etmiş və abidə önünə gül dəstələri qoyublar.
Azərbaycan yenə də Türkiyə üçün nümunə oldu
Azərbaycan xx əsrin əvvəllərində olduğu kimi yenə də Türkiyə üçün nümunə oldu. “OLAYLAR”-ın xəbəinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Araz Aslanlı bildirib ki, təxminən 100 il öncə Azərbaycanda cümhuriyyət qurulduqdan sonra Anadoluda da cümhuriyyət qurulmuşdu: “İndi bizdə güclü başqanlıq sistemi var.
Ermənilər atəşkəs rejimini 114 dəfə pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Mübariz Qurbanlı Qobustanda qəbul keçirəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib
Aprelin 17-də gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayon sakinlərini qəbul edib. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, ümumilikdə 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.
"Qarabağ"ın 14 mümkün rəqibi
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək komanda müəyyənləşib. Ardıcıl 4-cü dəfə qızıl medal qazanan "Qarabağ" qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.
"Piter Elçin"in qardaşının qətlinin sifarişçisi yaxalandı - KRİMİNAL SAVAŞDA YENİ PƏRDƏ
Rusiyanın Sankt-Peterburq şəhərində Vüsal Əsgərov adlı Azərbaycan vətəndaşı həbs olunub. Əsgərov kriminal aləmdə "Elçin Piterski" kimi tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılovun qətlini sifarişdə ittiham olunur.














