“Səhiyyə sisteminin idarə olunması” adlı təlimə start verilib

Bakı şəhərində və regionlarda fəaliyyət göstərən özəl tibb və əczaçılıq fəaliyyəti subyektlərinin, özəl tibbi praktika ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində silsilə təlimlərin təşkili və həyata keçirilməsi planlaşdırılıb. Keçiriləcək təlim mövzularının aktuallığını nəzərə alaraq, təlimlərdə tibb və əczaçılıq müəssisələri rəhbərlərinin, baş həkimlərin, menecerlərin, kadr üzrə məsul işçilərin, həkimlərin, marketing üzrə mütəxəssislərin, səhiyyə sektorunda çalışan və sözügedən təlimlərə maraq göstərən digər şəxslərin iştirakı üçün tam şərait yaradılıb.

Bundan əlavə"Tibb müəssisələrinin strateji idarəedilməsi", "Tibbi xidmətin təşkili və liderlik", "Tibb müəssisələrinin maliyyələşdirilməsi və keyfiyyətin yaxşılaşdırılması", "Kadr resurslarının idarə olunması", "Tibb müəssisələrində infeksion nəzarət tədbirləri", "Dərman vasitələrindən rasional istifadə", "Dərman vasitələrinin tanıtımı və təbliği" adlı təlim blokları üzrə təlimlərin davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31