Baş nazir: "Pxenyan növbəti təxribata əl atsa, ABŞ-la birgə cəza tədbirləri görəcəyik"
Pxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək. Bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli "Yonhap" agentliyinə müsahibəsində deyib.
17 Aprel 2017 12:38 DünyaPxenyan növbəti təxribata əl atsa, Koreya Respublikası və ABŞ təsirli cəza tədbirləri görəcək. Bunu Cənubi Koreya baş naziri, prezidentin səlahiyyətlərini icra edən Xvan Qyö An ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşdən sonra yerli "Yonhap" agentliyinə müsahibəsində deyib.
Baş nazir, həmçinin bildirib ki, ABŞ vitse-prezidenti ilə THAAD ballistik raketlər əleyhinə sisteminin yerləşdirilməsi və istismara verilməsi barədə razılığa gəlib: "Koreya-Amerika alyansı Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülhün dayağıdır".