Gündəm

"WhatsApp" ən böyük problemi həll edir

17 Aprel 2017 12:01

"WhatsApp" çoxları üçün problemə çevrilən daha bir problemi həll etməyə başlayır. "WhatsApp"ın istifadə edildiyi telefon nömrəsinin dəyişməsi istifadəçilər üçün ciddi problem yaradırdı. İndi "Windows Phone" cihazlar üçün olan beta versiyanın tədbiqdə telefon nömrəsinin dəyişməsini siyahıdakı insanlara xəbər verən yenilik test edilməyə başlanılıb. 

Rusiya əhalisinin 30%-i ABŞ-la müharibəni mümkün sayır

17 Aprel 2017 11:56

Rusiya əhalisinin təxminən üçdə biri - 30%-i ABŞ-la müharibəni mümkün hesab edir. Bu barədə "lenta.ru" Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.  

Prezident İlham Əliyev Qafqazşünasların Birinci Beynəlxalq Forumunun iştirakçılarına müraciət edib

17 Aprel 2017 11:55

Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir. Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

“Müasir Azərbaycan kinosu” çap olundu

17 Aprel 2017 11:52

Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb. Avropa Azərbaycan Cəmiyyətindən “Olaylar” – a bildirilib ki, TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.

Əmək Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı 47,4 faiz çoxalıb

17 Aprel 2017 11:46

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Elektron Hökumət” portalı üzərindən təqdim olunan “İş yerinə dair arayış” elektron xidməti vətəndaşların daha çox müraciət etdiyi e-xidmətlərdən biridir.

Türkiyə, Hollivud, Bollivud və  Azərbaycanlı aktyorlar eyni filmdə

17 Aprel 2017 11:45

Türkiyənin "İstFilm" şirkəti tərəfindən Azərbaycanın Milli qəhrəmanı, şəhid Mübariz İbrahimovun həyatından bəhs edən "Mübariz" filminin tizeri yayımlanıb. Keyfiyyətli ekşın səhnələrilə sosial şəbəkələrdə insanların böyük rəğbətini qazanantizerin, türk və qeyri-türk dünyasında böyük əks-səda doğuracağı gözlənilir.  Park Cinemadan “Olaylar” – a bildirilib ki, filmdə tanınmış məhşur aktyorların yer alması nəzərdə tutulub. Türkiyə, Hollivud, Bollivud, o cümlədən Azərbaycanın sevilən aktyorlarının filmdə yeralması gözlənilir. Ekşın səhnələri üçün xüsusi olaraq dünyada tanınan rejissorlarla görüşülüb. 

Bilik Fondu Pasxa bayramında udiləri sevindirib

17 Aprel 2017 11:43

Bilik Fondunun Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian Dini İcması ilə birgə təşkil etdiyi “Azərbaycan dilini öyrənirik” layihəsi əsasında fəaliyyət göstərən 9 aylıq kurs başa çatıb. Fonddan “Olaylar” – a bildirilib ki, təlim kursunu bitirən udi gəncləri buraxılış imtahanları veriblər.

Referendumun nəticələri qardaş ölkənin inkişafına və gələcəyinə xidmət edəcək

17 Aprel 2017 11:42

“Türkiyədə keçirilən referendum qardaş ölkənin öz daxili məsələsidir və öz seçimidir. Kimliyindən asılı olmayaraq, hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib.

İƏT-ə üzv dövlətlərin dəmir yolu qurumları Bakıda müzakirələr aparır

17 Aprel 2017 11:41

Aprelin 17-18-də Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” keçirilir.

Novruz Məmmədov: “Türkiyə yeni bir mərhələyə qədəm qoyur”

17 Aprel 2017 11:39

"Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur".  Bu barədə President administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Tvitter” səhifəsində yazıb.

Sarkisyanın siyasi korrupsiya oyunu

17 Aprel 2017 11:34

Ermənistanda siyasi korrupsiya sistemli hal alıb. Bu, Avropa İttifaqını (Aİ) çox ciddi narahat edir. Belə bir açıqlama ilə Aİ-nin Ermənistandakı səfiri Petr Svitalski çıxış edib. Təbii ki, nüfuzlu bir beynəlxalq təşkilat rəsmisinin tərəfindən belə bir fikrin səsləndirilməsi Ermənistanda heç də birmənalı qarşılanmayıb.

Peruda 107 nəfər ölüb

17 Aprel 2017 11:33

Peru baş verən güclü daşqınlar nəticəsində ümumilikdə 107 nəfər dünyasını dəyişib.  Bu haqda Perunun Fövqəladə hallarda fəaliyyət üzrə milli mərkəzi məlumat verir. 

Hindistanda "öküz oyunları": 2 ölü, 80 yaralı

17 Aprel 2017 11:31

Hindistanda öküzlərin ram edilməsi oyunlarında iki nəfər ölüb. Tamilnad ştatında keçirilən "Callikattu" adlanan ənənəvi oyunlar zamanı daha 80 nəfər xəsarət alıb.

Uşaq baxçalarında qiymətlər niyə bahadır?

17 Aprel 2017 11:23

Azərbaycanda özəl uşaq baxçalarında aylıq ödənişlərin baha olması illərdir müzakirə edilir. Hətta məsələ o qədər adiləşib ki, bir uşağın aylıq bağça xərcinin 700-1000 manat təşkil etməsi qulaqlarımıza qəribə gəlmir. Düzdür, qiymətlərin baha olması səbəbi kimsəyə bəlli deyil. Ən pisi də odur ki, ödənişlər ildən-ilə artır.  

Türkiyədə referendum dolları bahalaşdırdı

17 Aprel 2017 11:16

Ötən cümə gecəsi Türkiyədə dollar 11 dəqiqə ərzində 3,68 TL-dən 3,75 TL-yə qalxıb.  Bu qəfil məzənnə sıçrayışının referendum ilə əlaqəsi olmadığını ifadə edən banklar vəziyyəti aşağı həcmli elektron bazarda edilən "keriz silkələmə əməliyyatı" kimi şərh etmişdilər.