Referendumun nəticələri qardaş ölkənin inkişafına və gələcəyinə xidmət edəcək

“Türkiyədə keçirilən referendum qardaş ölkənin öz daxili məsələsidir və öz seçimidir. Kimliyindən asılı olmayaraq, hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib.

"Türkiyədə keçirilən referendum qardaş ölkənin öz daxili məsələsidir və öz seçimidir. Kimliyindən asılı olmayaraq, hər kəs də bu seçimə hörmətlə yanaşmalıdır". "OLAYLAR" -ın xəbərinə görə, bu fikirləri millət vəkili Eldəniz Səlimov səsləndirib. Milli Məclisin üzvü əminiklə bildirib ki, referendumun nəticələri, sistem dəyişikliyinə "hə" deyilməsi qardaş ölkənin inkişafına, tərəqqisinə, onun huzuruna və gələcəyinə xidmət edəcək: "Türkiyənin uğuru bizim uğurumuzdur, Türkiyənin sevinci bizim sevincimizdir". Millət vəkili Türkiyədə keçirilən referendum və onun nəticələri ilə bağlı Türkiyə cəmiyyəti və hakimiyyətini təbrik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31