İƏT-ə üzv dövlətlərin dəmir yolu qurumları Bakıda müzakirələr aparır
Aprelin 17-18-də Bakıda “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası”, “İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası” və “İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası” keçirilir.
17 Aprel 2017 11:41 SosialAprelin 17-18-də Bakıda "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dəmir yolu rəhbərlərinin 13-cü iclası", "İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmir Yolu Komitəsinin 7-ci iclası" və "İƏT-in Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə yüksək səviyyəli işçi qrupunun 3-cü iclası" keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, yığıncağı giriş sözü ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov açaraq ölkədə dəmir yolu üzrə həyata keçirilən layihələr, infrastrukturun və texniki heyətin müasirləşdirilməsi prosesi, tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu eləcə də qarşıda duran vəzifələr haqqında məlumat verib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan İqbal Hüseynov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir. Daha sonra dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.