Gündəm
Hərbi təlimlər Türkiyənin Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir
Türkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
İqdırda Ermənistana qarşı aksiya keçirilib
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Qars və İğdır şəhərlərində həyata keçirilən layihə çərçivəsində tədbirlər davam etməkdədir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı Bişkekdə beynəlxalq konfrans keçirilib
Bişkekdə Qırğızıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər Əliyev və dövran” adlı beynəlxalq konfrans keçirilib.
Ronaldonun azarkeşlərdən bir istəyi var
"Real"ın hücumçusu Kriştianu Ronaldo "Atletiko" ilə Çempionlar Liqasının yarımfinalında keçirilən oyunda 3 qola imza atıb. Matçdan sonra portuqaliyalı forvard bunları deyib: "Bütün komandanı təbrik etmək lazımdır.
Günün matçlarını yayımlayacaq kanallar
Rusiya və Türkiyə birgə silah istehsal edə bilər
"Rusiyanın "Rosoboroneksport" şirkəti Türkiyə şirkətləri ilə birgə silah istehsalı layihələri ilə bağlı görüşlər həyata keçirir". Bunu "Rosoboroneksport"un Satış departamenti rəhbərinin müavini Vladimir Qonçarov deyib.
Dağıstanda baş verən zəlzələ Zaqatalada 4 bal gücündə hiss edilib
Bu gün Dağıstanda baş verənzəlzələ Azərbaycanda hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 12:53:43-də Zaqataladan 36 km şimal - şərqdə Dağıstan ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 5,2, dərinliyi 42 km olub. Zəlzələ Zaqatalada 4 bal, yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Türkiyə prezidenti: “Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi gündəlikdə yoxdur”
“Nazirlər Kabinetində dəyişikliyin edilməsi məsələsi hökumətin gündəliyində yoxdur”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı Esenboğa Hava Limanında jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.
Gənc Sinemaçılar Klubu yaradıldı
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc Sinemaçılar Klubu” təsis edilib. Kinostudiyadan “Olaylar” – a bildirlib ki, klubun üzvləri Azərbaycanda və xaricdə profil üzrə təhsil almış iddialı gənc kinematoqrafçılardır. 2 may tarixində “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov klub üzvləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.
DTX rəisi: “İslamiada zamanı təhlükəsizlik təmin olunacaq"
"Azərbaycanlılar təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayırlar. Şübhəsiz ki, hüquq-mühafizə orqanları, Dövlət Təhlükəsizliyi Xidməti əlindən gələni edir ki, əmin-amanlıq olsun".
Səfir: “Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir”
"Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili problemidir”. Bunu Qubada səfərdə olan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fanani deyib. O bildirib ki, Azərbaycan öz torpaqlarını nəyin bahasına olur-olsun, işğaldan azad etməlidir: “Biz həmişə sülh yolunu dəstəkləmişik. Beynəlxalq təşkilatlarda Qarabağ mövzusunda Azərbaycana dəstək vermişik və verəcəyik”.
Xüsusi xidmət əməkdaşları Tofiq Məhərrəmova görə şəhər meriyasında axtarış apardı
Rusiyanın Voronej şəhər administrasiyasında, o cümlədən sosial sahəni kurasiya edən vitse-mer Nadejda Savitskayanın kabinetində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları polislərlə birgə axtarış aparıb. Axtarış azərbaycanlı biznesmen Tofiq Məhərrəmovun bu şəhərdə sakinlərin narazılığına səbəb olan tikinti biznesi, onun meriya ilə korrupsioner əlaqələri barədə qaldırılmış cinayət işi çərçivəsində aparılıb.
Rza Zərrab and içdi: "Yalan danışmayacağam"
Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab yenidən hakim qarşısına çıxarılıb. Məhkəmə Riçard Bermanın sədrliyi ilə keçirilib. Məhkəmədə doğruları deyəcəyinə, yalan danışmayacağına and içən Zərrab fiziki və ruhi sağlamlığı ilə bağlı çətinliyinin olmadığını deyib. Zərrab həbsxana həkiminin resept yazdığını və dərman qəbul etdiyini bildirib. Daha sonra hakimin ingilis dilində verdiyi suallara Zərrab türkcə cavab verib. Zərrab haqqındakı iddiaları oxuyan hakim Berman: "Zərrab haqqındakı iddialar əgər sübut olunsa, çox ciddi cinayət hesab olunacaq". Hakim Bermanın "Vəkillərin əmək haqları Rza Zərrabdan başqa, İran, "Xalq Bank", Türkiyə, yoxsa ABŞ ödəyir?" sualına cavabında vəkil qısaca olaraq pulların İran tərəfindən ödənilmədiyini qeyd edib. Zarrabın məhkəməsi digər sualların cavablandırması üçün 11 may tarixinə təxirə salınıb.
Ərini atıb başqa kişinin yanına qaçan Gülərin FİLM KİMİ HEKAYƏTİ
Bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində yoxa çıxdığı bildirilən azərbaycanlı qadın tapılıb. Azərbaycanda tanış olduğu şəxslə ailə həyatı quran və İstanbulun Yenibosna qəsəbəsində yaşayan Gülər adlı azərbaycanlı qadının başqasını qoşulub qaçdığı üzə çıxıb.
UEFA-dan tarixi qərar
UEFA oyunsonrası qalibi müəyyənləşdirmək üçün təşkil olunan penaltilər seriyasında tarixi dəyişiklik etməyə hazırlaşır. Komandaların növbə ilə yerinə yetirdikləri 11 metrlik zərbədə dəyişiklik olacaq. İlk penalti yerinə yetirildikdən sonra növbəti komanda 1 deyil, ardıcıl 2 penalti zərbəsi vuracaq.














