İqdırda Ermənistana qarşı aksiya keçirilib

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Qars və İğdır şəhərlərində həyata keçirilən layihə çərçivəsində tədbirlər davam etməkdədir.

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Qars və İğdır şəhərlərində həyata keçirilən layihə çərçivəsində tədbirlər davam etməkdədir. BDM-dən "OLAYLAR"-a bildirilib ki, İğdır ictimaiyyət nümayəndələri, İğdır vali yardımçısı və Azərbaycanın Qarsdakı Baş Konsulunun iştirakı ilə İğdır şəhərində yerləşən soyqırım muzeyi ziyarət edilərək, xatirə dəftəri imzalanıb. Daha sonra soyqırım muzeyinin qarşısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələbi ilə Ermənistana qarşı aksiya keçirilib. Aksiyada BDM sədri İsmayıl Ağayev çıxış edərək Azərbaycanın ərazisi olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülən azərbaycanlılar haqqında mətbuat nümayəndələrinə məlumat verib. O, açıqlamasında Azərbaycana qarşı işğal siyasəti həyata keçirən Ermənistanın bütün beynəlxalq hüquq normalarını heçə sayaraq qeyri-insani addımlarının davam etdiyini bildirib. Aksiya iştirakçıları tərəfindən "Erməni işğalına son", "Azərbaycanlı girovlara azadlıq", "Qarabağdan rədd ol"şüarlarısəsləndirilib. Daha sonra aksiya iştirakçıları adından bəyanat qəbul edilib. Bəyanatda Ermənistanın işğala son verməsi, Azərbaycan torpaqlarından geri çəkilməsi və azərbaycanlı girovların dərhal azad olunması tələb edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31