Gündəm

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

3 May 2017 15:47

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Əl-Useymini qəbul edib. XİN-dən verilən məlumata görə, görüşdə nazir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi ili elan edildiyini xatırladan nazir bu əsnada ölkəmizin ev sahibliyi ilə 12 may tarixində IV İslam Həmrəylik Oyunlarının açılış mərasimi keçiriləcəyini deyib.

Elmar Məmmədyarov səfirlərlə görüşüb

3 May 2017 15:45

Xarici işlər naziri Elmar Məmmədyarov YUNESKO-nun İcraiyyə Şurasına üzv olan dövlətlərin Azərbaycanda akkreditə olunan Səfirləri ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev və Azərbaycan Respublikası tərəfindən YUNESKO-nun Baş Direktoru vəzifəsinə namizəd olan Polad Bülbüloğlu da iştirak edib. Nazir Elmar Məmmədyarov Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlığın qurulduğunu, YUNESKO-nun ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verdiyini qeyd edib.

Fikrət Məmmədov Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi ilə görüşüb

3 May 2017 15:44

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.

Həyətlərində çətənə yetişdirən şəxslər tutulub

3 May 2017 15:33

Balakən rayonunun Sarıbulaq kənd sakininə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 35 ədəd çətənə kolları və 7,21 kq marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Sarıbulaq kənd sakini, əvvəllər məhkum olunmuş Sədrəddin Musayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 35 ədəd çətənə kolları və 7 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Avtomobildə gizlədilmiş siqaret aşkar edildi

3 May 2017 15:31

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. “Olaylar”  Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand Prime”, 2 ədəd “Samsung Galaxy J3”, 1 ədəd “Samsung Galaxy On5” markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Abşeronda at oğruları tutldu

3 May 2017 15:30

Ümumilikdə 8 baş at oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri tutulublar.“Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də rayon sakini Ramil Quliyevə məxsus 1 baş atı oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Arif Əliyev, Sədrəddin Süleymanzadə və Xanqulu Mirzəyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə martın 14-də Quldar qışlaq sahəsində Sumqayıt şəhər sakini Əlirza Hüseynova məxsus 7 baş atı oğurlamaları da müəyyən edilib.

Ötən ilin büdcəsinin icra vəziyyətini müzakirə ediləcək

3 May 2017 15:29

Milli Məclisin növbəti plenar iclasında Azərbaycan hökumətinin 2016-ci ilin dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı hesabat verəcəyi gözlənilir.

Mərkəzi Bankın valyuta ehtiyatı 14 faiz artıb

3 May 2017 15:28

Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatı 4 faiz artıb. Bu barədə MB-ın yaydığı məlumatda bildirilir.  Məlumatda qeyd edilir ki, mayın 1-i üçün Mərkəzi Bankın valyuta ehtiyatı 4,6 milyard dollar olub. AMK əvvəlki ayla müqayisədə rezervlərini 187 milyon dollar artıra bilib. İlin əvvəlinə nisbətən isə valyuta ehtiyatları 14 faiz artıb.

Xəyanətə məruz qalan qadın küçənin ortasında "üsyan etdi"

3 May 2017 15:23

Türkiyənin Samsun şəhərində həyat yoldaşının xəyanət etdiyini iddia edən 42 yaşlı qadın küçənin ortasında dəliyə dönərək ərinə üsyan edib. Əri Y.K.-nin (62) onu bir qadınla aldatdığını düşünən Ş.K. həyat yoldaşına əsəbləşib qışqıraraq təhqir etməyə başlayıb. Yoldaşını sakitləşdirməyə çalışan Y.K. bütün səylərinə baxmayaraq bunu bacarmayıb. Hadisə yerinə gələn polis cütlüyü bir dükana salaraq sakitləşdirməyə çalışıb. Qəzəbli qadının sərt reaksiyası hadisə yerində olan bir şəxs tərəfindən mobil telefonla çəkilib.

5 nömrəli Uşaq İncəsənət məktəbi hesabat konserti

3 May 2017 15:14

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. Qonaqlar ilk öncə məktəbin rəsm sinifinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konsertdə istedadlı şagirdlərin ifasında Azərbaycan, dünya bəstəkarlarının əsərləri və xalq musiqiləri səsləndirilib.

Simeone: "Növbəti həftə qeyri-adi bir şey etməliyik"

3 May 2017 15:04

Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko"nu evdə 3 cavabsız qolla məğlub edən "Real" finala çox yaxınlaşıb. "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone isə komandasının cavab oyununda qeyri-adi nəsə edəcəyinə inanır.

Afaqla Lalə Məmmədovanın AÇIQ SAVAŞI: “Qeyrətsizin qeyrəti…”

3 May 2017 15:02

Əməkdar artist Lalə Məmmədova ilə müğənni Afaq Aslan arasında sosial şəbəkədə qalmaqal yaşanıb. Məlumata görə, L.Məmmədova A.Aslanın şəklinin altına  “Xahiş edirəm müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox!” şərhini yazıb.

4-6 may tarixlərində bütün dünya Bakını izləyəcək

3 May 2017 14:55

4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq. Bir çox tanınmış şəxslər və nüfuzlu dövlət xadimləri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü hesab edirlər.

Prezident: “Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir” -  YENİLƏNİB

3 May 2017 14:50

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan prezident İlham Əliyevson illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd edib.

Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər”

3 May 2017 14:45

May ayının 4-də Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs  festivalı keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs  ansamblının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Bakının “Azəri inciləri”, Tiflisin “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcəklər.