Ötən ilin büdcəsinin icra vəziyyətini müzakirə ediləcək
Milli Məclisin növbəti plenar iclasında Azərbaycan hökumətinin 2016-ci ilin dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı hesabat verəcəyi gözlənilir.
3 May 2017 15:29 SosialMilli Məclisin növbəti plenar iclasında Azərbaycan hökumətinin 2016-ci ilin dövlət büdcəsinin icra vəziyyəti ilə bağlı hesabat verəcəyi gözlənilir. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, parlamentin növbəti plenar iclası mayın 16-da keçiriləcək. İclasın gündəliyyi hələlik tam müəyyənləşməsə də ancaq müzakirə olunan bəzi yeni qanun layihələrinin 2-ci və ya 3-cü oxunuşda müzakirəsi, həmçinin bir sıra qanunlara dəyişikliklərin müzakirəsi nəzərdə tutulur. İclasda 2016-ci il büdcəsinin icra vəziyyətini müzakirə edəcəyi gözlənilir. Hesabatı maliyyə naziri Samir Şərifovun təqdim edəcəyi gözlənilir.