Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər”

May ayının 4-də Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs  festivalı keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs  ansamblının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Bakının “Azəri inciləri”, Tiflisin “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcəklər.

May ayının 4-də Gənc Tamaşaçılar Teatrında "Sehrli səslər" ("Magical sounds") musiqi və rəqs  festivalı keçiriləcək. Teatrdan "Olaylar" - a bildirilib ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" estrada və folklor rəqs  ansamblının təşkilatçılığı ilə baş tutacaq. Festivalda Bakının "Azəri inciləri", Tiflisin "Basti Bubu" rəqs və musiqi kollektivləri iştirak edəcəklər.

Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçiriləcək festivalın fəxri qonaqları əməkdar Artisti Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaqlar.

"Cəngi" estrada və folklor rəqs  ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31