Simeone: "Növbəti həftə qeyri-adi bir şey etməliyik"

Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko"nu evdə 3 cavabsız qolla məğlub edən "Real" finala çox yaxınlaşıb. "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone isə komandasının cavab oyununda qeyri-adi nəsə edəcəyinə inanır.

"Birinci hissə nə bizdə, nə də "Real"da yaxşı alınmadı. Ötürmələrdə xeyli səhv etdik. Onlar qol vursa da, Qameyronun həmləsini Navas zərərsizləşdirdi. Fasilədən sonra biz topa daha çox sahib olduq. "Real" isə boş sahələrdən istifadə etdi. Futbolda hər şey olur. Hələ də düşünürəm ki, məğlubiyyətin əvəzini çıxa bilərik. Uşaqlara dedim bu nəticəni unutmaq lazımdır. Cavab görüşündə sona qədər mübarizə aparacağıq. Növbəti həftə qeyri-adi bir şey etməliyik. Biz "Atletico" olaraq bunu etməyə qadirik", - argentinalı mütəxəsis qeyd edib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31