Gündəm

Təcili yardım maşınlarını oğurladılar: İŞİD yeni terror planı ilə HEYRƏTLƏNDİRDİ 

3 May 2017 16:30

İŞİD-in oğurladığı təcili yardım maşınlarından "intihar qayıqları" hazırladığı üzə çıxıb. İraqın ən böyük ikinci şəhəri olan Mosulda terror reallaşdıracaq İŞİD-çilər üçün bombalı gəmilər hazırlayan bir fabrik aşkar edilib.

İranda FACİƏ: şaxta partladı - 50-yə yaxın insan dağıntılar altında

3 May 2017 16:28

İranın şimal-qərbində kömür mədənində partlayış olub. Gülüstan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Sadiq Əli Mokaddam hadisə nəticəsində 40-50 nəfərin dağıntılar altında qaldığını güman etdiyini bildirib. Yerli KİV-in məlumatına görə, hadisə Gülüstan əyalətində Azadşəhr şəhəri yaxınlığında gündüz saatlarında baş verib.

"Müəllimənin qısa geyinməsi fikrimi yayındırdı, 200 bal topladım" - VİDEO 

3 May 2017 16:27

İllərlə zəhmət çəkirsən, bir neçə saatın içində taleyin həll olunur. Bəli, qəbul imtahanları həyatımızın əhəmiyyətli anlarındandır. Dövlət İmtahan Mərkəzi ildən ilə imtahanların daha rahat, şəffaf və ədalətli keçirilməsi üçün işlər görür. ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı reportaj yayımlanıb. Belə ki, tələbələr arasında imtahan zamanı onlara mane olan, həyəcanlandıran nəticəsinə təsir edə biləcək hadisələrin olub - olmaması ilə bağlı sorğu keçirilib.

İran XİN Ermənistan mətbuatının sui-istifadələrə yol verməsini tənqid edib

3 May 2017 16:25

İranın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın bir sıra KİV-nin öz məqsədləri üçün sui-istifadələrə yol verməsini tənqid edib.

Rumıniyalı alimin“Kamal Abdulla: dolğunluqfəlsəfəsi” Monoqrafiyasının təqdimatı

3 May 2017 16:23

Mayın 3-də BilikFondu vəYazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya “Al.İ.Kuza” Universitetinin(Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun“Kamal Abdulla: dolğunluqfəlsəfəsi” (“КамалАбдулла: философияполноты”) monoqrafiyasının təqdimatı keçirilib.  Fonddan “Olaylar” – a bildirilib ki, alimlər, şairlər və yazıçıların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın tanınmış ictimai və dövlət xadimi Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb.

Ölkədə məlumat, ifadə azadlığı, plüralizm yaxşı şəkildə təmin edilməkdədir

3 May 2017 16:20

Azərbaycan mediasının durumunu dəyərləndirmək təbii ki, bu sahədə böyük təcrübəsi olan qocaman jurnalistlərimizin edəcəyi bir şeydir. Mən təcrübəli jurnalistlərimizin dəyərləndirmələrindən gördüyüm, öyrəndiyim, eyni zamanda bir araşdırmaçı kimi müşahidələrimdən gəldiyim nəticələri deyə bilərəm.

Kənd təsərrüfatı təyinatlı torpaq daşınmasının qarşısı alınıb

3 May 2017 16:13

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirtdiyi monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.

Peterburqda Rövşən Lənkəranskinin ölümündə şübhəli bilinən şəxslərdən biri öldürülüb

3 May 2017 16:11

Sankt-Peterburqda “qanuni oğru” Rövşən Lənkəranskinin ölümündə əli olduğu ehtimal edilən şəxs öldürülüb. Bu barədə Rusiyanın “Prime Crime” saytının yaydığı xəbərdə deyilir.

4 rayonun Meşə Mühafizə idarəsinin direktoru işdən azad edildi

3 May 2017 16:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırarkən bir sıra pozuntular aşkarlayıb.

Vidadi Zeynalov:"Rəhbərliyin göstərişini yerinə yetirmişəm"-  YENİLƏNİB

3 May 2017 16:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Ermənistanın dövlət xidməti: "Azərbaycan almalarını yoxladıq, təmiz çıxdı"

3 May 2017 15:59

Ermənistanda Azərbaycan almaları ilə bağlı qalmaqal davam edir. Bu dəfə bu məsələ ilə bağlı Ermənistanın ərzaq təhlükəsliyi Dövlət Xidməti rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, ötən həftə İrəvanın və bir sıra vilayətlərin ticarət nöqtələrində aparılan yoxlamalar zamanı 500 kiloqramdan çox Azərbaycan istehsalı olan alma müəyyən edilərək satışdan yığışdırılıb.

Ukraynadakı səfirlik Azərbaycan mətbuatına MÜRACİƏT ETDİ

3 May 2017 15:56

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib. Müraciətdə bildirilir ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilir.

“Azneft” İB-də yeni texnologiya tətbiq ediləcək

3 May 2017 15:53

“Azneft” İstehsalat Birliyində quyu məhsulunun ölçülməsində innovativ Vx çoxfazalı ölçü texnologiyasının öyrənilməsinə dair seminar keçirilib. Bildirilib ki, “Günəşli” yatağının 7 saylı dərin dəniz özülündə həmin texnologiyanın tətbiqi ilə bağlı quraşdırma işləri başa çatmaq üzrədir.

Qaçaqmalçılıq yolu ilə gətirilən məhsullar müsadirə edilib

3 May 2017 15:49

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

Uşaq Filarmoniyası Bilik Fondunun tədbirində

3 May 2017 15:48

AMEA – nın  Mərkəzi Elmi Kitabxanasında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.