Kənd təsərrüfatı təyinatlı torpaq daşınmasının qarşısı alınıb
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirtdiyi monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Komitədən “Olaylar”a verilən məlumata görə, bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.
3 May 2017 16:13 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin keçirtdiyi monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Komitədən "Olaylar"a verilən məlumata görə, bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.
Qeyd edilməlidir ki, belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.