Rumıniyalı alimin“Kamal Abdulla: dolğunluqfəlsəfəsi” Monoqrafiyasının təqdimatı

Mayın 3-də BilikFondu vəYazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya “Al.İ.Kuza” Universitetinin(Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun“Kamal Abdulla: dolğunluqfəlsəfəsi” (“КамалАбдулла: философияполноты”) monoqrafiyasının təqdimatı keçirilib.  Fonddan “Olaylar” – a bildirilib ki, alimlər, şairlər və yazıçıların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın tanınmış ictimai və dövlət xadimi Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb.

Mayın 3-də BilikFondu vəYazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Rumıniya "Al.İ.Kuza" Universitetinin(Yassı) dosenti, filologiya elmləri doktoru, tərcüməçi Lyudmila Bejenarunun"Kamal Abdulla: dolğunluqfəlsəfəsi" ("КамалАбдулла: философияполноты") monoqrafiyasının təqdimatı keçirilib.  Fonddan "Olaylar" - a bildirilib ki, alimlər, şairlər və yazıçıların iştirak etdiyi təqdimat mərasimini giriş sözü ilə açan Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq, Lyudmila Bejenarunun Bilik Fondunda görməkdən məmnunluğunu ifadə edib. Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın tanınmış ictimai və dövlət xadimi Kamal Abdullanın Azərbaycan ədəbiyyatına verdiyi töhfədən danışıb.

Sonra Lyudmila Bejenaru "Kamal Abdullanın yaradıcılığı dünya ədəbiyyatı kontekstində" mövzusunda mühazirə söyləyib və təqdimatı keçirilən monoqrafiyanın tərtib və nəşr edilmə zərurətindən danışıb. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyevin sözlərinə görə, Lyudmila Bejenarunun bu monoqrafiyasında Kamal Abdulla fəlsəfəsinin açılması onun yaradıcılığının rusdilli oxucu üçün əhatəli təhlilinə imkan yaradır. AMEA Folklor İnstitunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil monaqrafiyanı oxuduqdan sonar müəllifin təhlil etdiyi məqamların Kamal Abdulla yaradıcılığının aparıcı istiqamətlərini əhatə etdiyini vurğulayıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu monoqrafiyanın müxtəlif dillərə tərcüməsinin vacibliyini vurğulayaraq, Kamal Abdullanın Yaponiyadan tutmuşQərbi Avropayadək dünyanın bir çox ölkələrində sevilərək oxunduğunu nəzərə çatdırıb. Təqdimat mərasimində əməkdar Mədəniyyət İşçisi ÇingizƏlioğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbəmüdiri TofiqAbbasov, BDU-nun kafedramüdiri, professor Cəlil Nağıyev, filologiya elmləri doktoruG ülərAbdullabəyli çıxış edərək, ruminiyalı müəllifin qələmə aldığı kitabın Azərbaycanın ədəbi və ictimai həyatında mühim əhəmiyyətə malik olduğunu, monoqrafiyanın gənc ədəbiyyatçılar üçün istinad mənbəyinə çevriləcəyini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31