Hərbi təlimlər Türkiyənin Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir
Türkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
3 May 2017 14:44 SiyasətTürkiyə ilə Azərbaycanın taktiki hərbi təlimləri, Türkiyənin bir daha Azərbaycana verdiyi hərbi dəstəyin bariz nümunəsidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, təlimlərin Qarabağ münaqişəsinin dalana dirəndiyi, diplomatik danışıqların nəticəsiz olduğu müddətdə keçirilməsi, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə möhkəmlənməsinə bir cavabdır: "Çünki, ordumuz bu təlimlərdə yüksək dağlıq ərazilərdə döyüşün idarə edilməsi və aparılmasını praktiki olaraq təkmilləşdirir. Mayın 5-nə kimi davam edəcək təlimlər, Azərbaycanın regionda bir daha siyasi-hərbi mövqeyini möhkəmləndirəcək. Növbəti təlimlərin, daima Azərbaycana hərbi köməyini əsirgəməyən Pakistanla keçirməyin zamanıdır. Pakistan -Azərbaycan və Türkiyə ilə birgə təlimlər, üç ölkənin müttəfiq əlaqlərini möhkəmləndirəcək. . Çünki Pakistan Azərbaycanla sıx hərbi əlaqələrə malik bir dövlətdi. Rəsmi İslamabadın belə bir təlimlərdə iştirakına razı olmasında şübhə yoxdur. Pakistan güclü ordu və müasir hərbi texnikaya malik ölkədir. Onun praktiki şəkildə birgə təlimləri, ordumuzun müdafiə qabiliyyətinin yüksəlməsinə səbəb olar. Pakistan daima Azərbaycana öz ordusu ilə Qarabağda başlaya biləcək döyüşlərdə kömək etməyə hazır olduğunu bildirib. Niyədə Pakistan ordusunun praktiki təlimlərindən yararlanmayaq".