Ronaldonun azarkeşlərdən bir istəyi var

"Real"ın hücumçusu Kriştianu Ronaldo "Atletiko" ilə Çempionlar Liqasının yarımfinalında keçirilən oyunda 3 qola imza atıb. Matçdan sonra portuqaliyalı forvard bunları deyib: "Bütün komandanı təbrik etmək lazımdır.

"Real"ın hücumçusu Kriştianu Ronaldo "Atletiko" ilə Çempionlar Liqasının yarımfinalında keçirilən oyunda 3 qola imza atıb. Matçdan sonra portuqaliyalı forvard bunları deyib: "Bütün komandanı təbrik etmək lazımdır. Əvvəldən axıra kimi parlaq oyun göstərdik. "Real" qələbəyə tam layiq idi. Oblak olmasaydı, hesab daha böyük ola bilərdi. Bu klubda 400-cü qolumu vurduğuma görə şadam. Cavab oyunu öncəsi əla üstünlük əldə etmişik. Amma yarımfinal mərhələsi 1 oyundan ibarət deyil. Azarkeşlərin alqışı? Sadəcə istəyirəm ki, azarkeşlər məni fitə tutmasın. Belə olanda onlar üçün əlimdən gələni edəcəm". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31