Rza Zərrab and içdi: "Yalan danışmayacağam"

Korrupsiya və rüşvət ittihamları ilə ötən ilin həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab yenidən hakim qarşısına çıxarılıb. Məhkəmə Riçard Bermanın sədrliyi ilə keçirilib. Məhkəmədə doğruları deyəcəyinə, yalan danışmayacağına and içən Zərrab fiziki və ruhi sağlamlığı ilə bağlı çətinliyinin olmadığını deyib. Zərrab həbsxana həkiminin resept yazdığını və dərman qəbul etdiyini bildirib. Daha sonra hakimin ingilis dilində verdiyi suallara Zərrab türkcə cavab verib. Zərrab haqqındakı iddiaları oxuyan hakim Berman: "Zərrab haqqındakı iddialar əgər sübut olunsa, çox ciddi cinayət hesab olunacaq". Hakim Bermanın "Vəkillərin əmək haqları Rza Zərrabdan başqa, İran, "Xalq Bank", Türkiyə, yoxsa ABŞ ödəyir?" sualına cavabında vəkil qısaca olaraq pulların İran tərəfindən ödənilmədiyini qeyd edib. Zarrabın məhkəməsi digər sualların cavablandırması üçün 11 may tarixinə təxirə salınıb.

Xatırladaq ki, ittihamçı tərəf Rza Zərrabın 75 il həbs olunmasını və 50 milyon dollar cərimələnməsini tələb edir. Zərrabın tutduğu vəkillər arasında Nyu-Yorkun eks meri Rudolf Quilani ilə ABŞ-ın keçmiş ədliyyə naziri Maykl Mukasey də var.  Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31