Gündəm

Milli Məclisin nümayəndə heyəti Avropa Parlamentində rəsmi səfərdədir

3 May 2017 13:46

Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Bu gün Parlament Əməkdaşlıq Komitəsinin XIV iclası öz işinə başlamışdır. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. Millət vəkilləri ilə yanaşı hökumət nümayəndələri - Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, İqtisadiyyat nazirliyinin Departament rəhbəri cənab Ruslan Rüstəmli də Parlament Əməkdaşlıq Komitəsinin iclasına qatılmışlar. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.

Mali Prezidenti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

3 May 2017 13:45

Mali Prezidenti 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Prezidenti İbrahim Bubakar Keyta iştirak edəcək.

Xarici şirkət Azərbaycan bazarını tərk edib

3 May 2017 13:40

"Uiklou Korporeyt Services Limited" Azərbaycan bazarını tərk edib. “Vergilər” qəzetində bildirildiyinə görə, adıçəkilən şirkətin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

“Ana-balanı verirdik, 150 manat alırdıq”

3 May 2017 13:38

Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə, Qobu qəsəbəsi sakinləri tərəfindən şikayət xarakterli məktub daxil olub.

60 min manat işəgötürülənlərdən alınıb işçilərə verildi

3 May 2017 13:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 60 min manata yaxın sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bakıda məşhur şadlıq sarayında toy sahibinə çatacaq pullar oğurlandı

3 May 2017 13:32

Dünən gecə saatlarında Nizami rayonu, Mehdi Abbasov küçəsi 22 ünvanında yerləşən “Romance Palace” şadlıq sarayından içərisində 38200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən ili 2,3 mln. manat zərərlə başa vurub

3 May 2017 13:30

2016-cı ilin sonuna Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) aktivləri 8 mln. 987 min manat təşkil edir. Aktivlərin 3 mln. 352 min manatı qısamüddətli, 5 mln. 635 min manatı isə uzunmüddətlidir.

Amansızlıqla öldürülən Günelin ailəsindən ŞOK İTTİHAMLAR

3 May 2017 13:27

Dünən Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb. Mingəçevir şəhərinin Xətai 16 ünvanındakı yaşayış   binasında şəhər sakini Kənan Əzizovun həyat yoldaşı, iki uşaq anası Əzizova Günel Yusif qızını əslində qısqanclıq zəminində deyil, ailə münaqişəsi səbəbindən öldürdüyü üzə çıxıb.

Avropa Ərdoğanın “gülə-gülə” bəyanatına cavab verdi

3 May 2017 13:26

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə bağlı dünənki bəyanatına cavab verib. Məruzəçi yeni müzakirə başlıqlarının açılmasının müzakirə mövzusu belə olmadığını deyib.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri leqallaşdırılacaq

3 May 2017 13:20

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlər müsadirə edilib

3 May 2017 13:18

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Quba şəhərində keçirdiyi əməliyyat nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının realizə edilməsinin qarşısı alınıb.

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, dolu düşəcək

3 May 2017 13:11

Bakı və Abşeron yarımadasında mayın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Astarada yolda torpaq sürüşməsi aktivləşib, maşınların gediş-gəlişi çətinləşib

3 May 2017 13:10

Astara rayonunun 21 yaşayış məntəqəsinin 12 min əhalisinin istifadə etdiyi yolda torpaq sürüşməsi baş verib. Sürüşmə Deqədi-Pəlikəş avtomobil yolunun rayonun Vənəşəkəş, Ağkörpü  kəndilərindən keçən hissəsində qeydə alınıb.

Qızına 400 minlik toy edən məmur İŞDƏN QOVULDU

3 May 2017 13:08

Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub. Onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.

Wikipedia qadağası ilə bağlı Türkiyədən- AÇIQLAMA

3 May 2017 13:06

Dünyanın ən böyük internet ensiklopediyası Wikipediaya Türkiyədə daxil olmağın qadağa edilməsi ilə bağlı BTK-dan (Türkiyə İnformasiya Texnologiyaları  Nazirliyi) açıqlama gəlib.