Gündəm

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Malinin prezidenti iştirak edəcək

3 May 2017 13:04

4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Respublikasının prezidenti Ibrahim Boubacar Keita iştirak edəcək. 

Ermənistanda baş qərargah rəisinin I müavini istefaya göndərildi

3 May 2017 13:02

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin birinci müavini Enriko Apriamov vəzifəsindən azad edilib. Ermənistan prezidenti Serj Sarkisyan müvafiq fərmanı imzalayıb. General-leytenant E. Apriamov hərbi xidmətdən tərxis olunub.

The Аmerican Interest: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzunmüddətli təşəbbüs hazırlamalıdır"

3 May 2017 13:00

"Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz kimi Rusiya, Türkiyə və İran arasında yerləşmiş narahat regionda təsir və etimad rıçaqlarını bərpa etməlidir". Bunu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutu və "İpək yolu" Tədqiqat Proqramının direktoru Svante Kornellin "The American Interest" jurnalında dərc olunan məqaləsində yazıb.

"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq"

3 May 2017 12:58

"Ermənistan aprel döyüşlərindən nəticə çıxarmasa, daha ağır zərbələr alacaq". Bunu jurnalistlərə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.

Dövlət katibindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA: "ABŞ öhdəliklərə sadiqdir"

3 May 2017 12:57

ATƏT-in Minsk qrupunun həmsədri qismində ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə öhdəliklərə sadiqdir. ABŞ-ın Dövlət katibi Reks Tillersonun Ermənistanla ABŞ arasında diplomatik münasibətlərinin yaradılmasının 25 illiyi münasibətilə müraciətində deyilir. Trend.az

Könüllü vergi ödəyiciləri necə stimullaşdırılır?

3 May 2017 12:53

Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergi ödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların fəaliyyətinin uçotda olduqları vergi orqanlarında vahid struktur tərəfindən əlaqələndirilməsi, bununla da digər vergi ödəyicilərində könüllü əməletmənin təşviqinə nail olunması istiqamətində islahatlar aparılır.

Parlamentarilərin pul qıtlığı xəbərdarlığı

3 May 2017 12:51

Dünya bazarlarında neftin qiymətlərinin aşağı enməsindən sonra dünyanın. eləcə də Azərbaycanın maliyyə bazarında müşahidə edilən qeyri-müəyyənlik hələ də davam etməkdədir. Milli valyutanın Amerika dollarına nisbətən dəyərinin tez-tez dəyişməsi və vətəndaşların panik şəkildə əllərində olan valyutaları gah manat gah da dollara çevirib əlində saxlaması əsas etibarilə ölkədə pul qıtlığına gətirib çıxarır. Təsadüfi deyil ki. müvafiq qurumlar, eləcə də parlamentarilər bu vəziyyətdən narahatçılıq keçirdiklərini açıq şəkildə etiraf edirlər. Məlumat üçün qeyd edək ki, keçən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Ziyad Səmədzadə qeyd edib ki, ölkədə pul qıtlığı yaranıb və bu problem bizi ciddi narahat edir.

İstehsalatda bədbəxt hadisələrin qarşısı niyə alınmır?

3 May 2017 12:50

Hər il dünyada istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Odur ki, dünyada əməyin mühafizəsinin təşkili ən aktual məsələlərdən hesab olunur. Etiraf edilməlidir ki, istehsalatda bədbəxt hadisələrin baş verməsi Azərbaycanda da mütəmadi şəkildə müşahidə olunur.

Azərbaycan beynəlxalq əhəmiyyətli humanitar məsələlərin müzakirə edildiyi məkana çevrilib

3 May 2017 12:47

Bu günlərdə Bakı daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Söhbət sayca dördüncü dəfə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Mayın 4-6-ı tarixlərində baş tutacaq forumun başlıca müzakirə mövzuları mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması olacaq. Məlumat üçün qeyd edək ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Forumun əsas tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır.

Məşhur aktyorun iddianaməsi hazırlandı

3 May 2017 12:44

Həbs olunmuş məşhur türkiyəli aktyor Atalay Demircinin iddianaməsi hazırlanıb, məhkəməyə göndərilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, FETO – terror qruplaşmasına qarşı aparılan əməliyyatlar zamanı həbs olunan aktyora ağirlaşdırılmış cəza və 10 il həbs tələb olunub. Ankara Cumhuriyyət Məhkəməsi iddianaməni məhkəməyə göndərib.

Yol Polisi İslamiada ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

3 May 2017 12:42

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqları (sarı zolaqlar) ilə əlaqədar xəbərdarlıq edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb

3 May 2017 12:40

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.

Baş nazirin müavini: "Dövlət idarəçiliyi sahəsində optimallaşdırma addımları qaçılmazdır"

3 May 2017 12:37

"Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir".

“Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda konfrans keçirilib

3 May 2017 12:35

Bakıda “Heydər Əliyev - dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilib. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib ki, Heydər Əliyev həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətdə keçirib.

Yığmamızın oyunçuları meydana çıxmadı, "Fənərbağça" çempion oldu

3 May 2017 12:28

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasına yekun vurulub. Yarışın qalibi "Fənərbağça" olub. "Sarı-lacivərdlilər" final seriyasında "Qalatasaray"ı hər 3 matçda 3:0 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda qarşılaşmada isə "Vakıfbank" "Əczaçıbaşı"dan üstün olub - 2:0.