Gündəm
Ümummilli Lider xatırlandı
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Bakı Şəhər Mədəniyyət vəTurizm Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirib.
ADA – ya ekskursiya
Mədəniyyət və İncəsənət Universitetinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Nərminə Abdullayeva II kurs Kitabşünaslıq ixtisasında təhsil alan tələbələr ilə ADA Universiteti Kitabxanasına ziyarət ediblər.
Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib
Mayın 4-6 tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Növbəti forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Azərbaycanda keçirilməsi nənəvi hal almış Forum ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir.
İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır
IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında son tamamlanma işləri aparılır. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda istiqamətverici və məlumatlandırıcı löhvələr quraşdırılır.
Keçən ay 13983 metr qazma işi həyata keçirilib
2017-ci ilin aprel ayı ərzində SOCAR tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 13983 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 12210 metri istismara, 1773 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 49596 metr qazma işi görülmüşdür ki, bunun da 45619 metri istismara, 3977 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin aprel ayında qazmadan alınmış 6, il ərzində isə 23 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Səməd Seyidov Ukraynaya gedir
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynanın paytaxtı Kiyevə səfərə gedəcək. Bu barədə Milli Məclisdən verilən məlumata görə, millət vəkili Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək.
“Tour d’Azerbaidjan-2017” ilə əlaqədar 5 marşrut üzrə nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq
Bu gün saat 10.30-da “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna start verilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, “Tour d'Azerbaidjan-2017” beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçirilir.
Əli Əhmədov: "Əmək bazarı istehlakçılara daha ucuz və keyfiyyətli məhsul təqdim etməyə qadirdir"
"Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir. Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir".
"10-cu zavod dairəsi"ndən Sabunçu dairəsinə qədər Heydər Əliyev prospektində hərəkət tam məhdudlaşdırılacaq
Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Sarkisyanın masonlarla əlaqəsi üzə çıxdı
"Böyük Şərq" mason təşkilatı Ermənistanda öz filialını açmağa hazırlaşır. Təşkilatın rəhbəri Kristof Abbas bu yaxınlarda İctimai Şuranın sədri Vazgen Manukyanla görüşüb.
"Hər şeyə rəğmən şansımız qalıb"
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Real" "Ateltiko"nu darmadağın edərək (3:0) final yolunda inamlı qələbə qazanıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüblər.
Kürdə təhlükə
Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
İranda zəlzələ: Yaralılar var
İranın Xorasan-Rəzəvi vilayətində 3.5 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər xəsarət alıb. Tehran Geofizika İnstitutu nəzdində seysmoloji idarənin verdiyi məlumata görə, zəlzələnin dərinliyi 7 km olub.
Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin Respublika bədii yaradıcılıq festivalının yekun konserti keçirilib.
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
.jpg)













