Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib
Mayın 4-6 tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Növbəti forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Azərbaycanda keçirilməsi nənəvi hal almış Forum ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir.
3 May 2017 12:25 SiyasətDünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür
Mayın 4-6 tarixlərində ölkəmizdə 4-cü dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək. Növbəti forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Azərbaycanda keçirilməsi nənəvi hal almış Forum ölkəmizin dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, Azərbaycanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisidir. Etiraf edilməlidir ki, dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi, Azərbaycanın qlobal arenada bu dəyərlərin təşviqində müvafiq rol oynayır. Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: "Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var". Maraqlıdır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi Azərbaycana, eləcə də dünya ölkələrinə hansı töhvələri verir? Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan sülh, barış nümunəsi olduğunu dünyaya sübut edib və dünya da bunu belə qəbul edib. Onun sözlərinə görə, dünyada fərqli mədəniyyətlər, dinlər və sivilizasiyalar arasındakı ziddiyətlər dərinləşməkdədir: "Məhz bunun nəticəsidir ki, müharibə bucaqları çoxalır, dini və irqi ayrı seçkilik, ikili yanaşmalar, antisemitizm halları günü-gündən artmaqdadır. Belə halların dünya üçün qlobal təhlükəyə çevrildiyi bir zamanda Azərbaycan bu cür problemlərin aradan qaldırılmasında öz töhfəsini verməkdədir. Cənab Prezdent İlham Əliyevin apardığı məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Bu günlərdə paytaxtımızda Mədəniyyətlər və Sivilizasiyalar arası Dialoq IV Beynəlxalq Bakı Forumu keçiriləcək. Forumda dünyanın hər yerindən müxtəlif mədəniyyətlərin nümayəndələri, siyasətçilər, dövlət rəhbərləri və başqa qonaqlar iştirak edəcək. Forumda dünya üçün önəmli mövzularda diskusiyalar aparılacaq, fikir mübadiləsi keçiriləcək. Bu onu göstərir ki, ölkəmiz dünya üçün önəmli məkana çevrilib və yuxarıda qeyd etdiyim qlobal problemlərin müzakirə mərkəzi kimi tanınıb. Belə mövzuların müzakirəsi məqsədilə dünya siyasətçiləri Azərbaycana böyük inamla gəlir və bu da Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir". Deputat Tahir Mirkişili bildirib ki, müasir dövr ziddiyyətlər dövrüdür. Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yeni ortaya çıxmış və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir: "Bəşər tarixində heç bir zaman indi olduğu qədər mədəniyyətlərarası dialoqa ehtiyac olmayıb. Baş verən ziddiyyətlərin aradan qaldırılmasının ən doğru yolu məhz dialoq, qarşılıqlı hörmət və anlaşmadır. Azərbaycanın müasir dünyada rolu da məhz bu dəyərlər üzərində qurulub. Ölkəmizin başçısının apardığı yeni dəyərlər yaradan siyasəti və bunun nəticəsi olaraq Azərbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür".
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan illərlədir ki, beynəlxalq miqyaslı təşəbbüslərlə çıxış edir, dünya xalqlarını sülh və əminamanlıq şəraitində yaşamağa dəvət edir. Üstəlik, xalqların birgəyaşayış, tolerant və qarşılıqlı hörmət şəraitində yaşam nümunəsini dünyaya təqdim edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki, əsrlərlə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlamışdır". Politoloq Zaur Məmmədov deyib ki, ölkə başçısının multikulturalizmin, tolerantlığın milli sərvətimiz olması deməsi, ölkəmizin bu kimi məsələlərə yanaşmasının nə dərəcədə humanist olmasını nümayiş etdirir: "Son illərdə dünya xalqları arasında dialoqun müzakirəsi və inkişafında Azərbaycan mühüm rol oynayır. Sivilizasiyaların kəsişməsində yer alan Bakının bugünkü beynəlxalq təhdidlər zamanı dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür. XXI əsrə qədər əgər mədəniyyətlər və dinlər arası məsələlər o qədər də aktual deyildilərsə, indi qloballaşan dünyada kifayət qədər vacib məsələlərdirlər. Hesab edirəm ki, bu gün dünyada millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqu dəstəkləyən liderlər olduqca azdır. Belə liderlər arasında ilk sıralarda İlham Əliyevin olması məndə bir azərbaycanlı kimi fəxr hissi oyadır. Eyni zamanda vitse-prezident Mehriban xanım Əliyevanın Yunesko səviyyəsində həyata keçirdiyi tədbirlərdən tutmuş digər tədbirlərədək hər kürsüdə mədəniyyətlərarası dialoqa verdiyi töhfə humanizmə, sülhə verilən qiymətin mühüm göstəricisidir".
Nurlan